Bakıda yeniyetməyə qarşı cinsi zorakılıq edən əcnəbiyə HÖKM OXUNDU
Bakıda həmyerlisinə - 2009-cu il təvəllüdlü Zəhraya (şərti ad) qarşı cinsi zorakılıq etməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşı Rahimi Mahdiyə hökm oxunub.
azxeber.com "Report"-a istinadən xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda elan olunub.
Hökmə əsasən, R.Mahdi 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 1989-cu il təvəllüdlü Rahimi Mahdi Bakıda kirayə yaşadığı ünvanda yeni doğulmuş övladının 40 gününün çıxması münasibəti ilə məclis keçirib. O, cinsi istəyini pozğun formada təmin etmək məqsədi ilə özünün yataq otağında 2009-cu il təvəllüdlü tanışının köməksiz vəziyyətindən istifadə edib. Bu zaman R.Mahdi yeniyetmənin əli ilə qolundan dartaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Qeyd edək ki, hadisə 2019-cu il iyunun 21-də olub. O, zərərçəkmişin qanuni varislərinin şikayəti əsasında həbs olunub.
R.Mahdiyə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi