Bakıda yol kəsən daha bir sürücü "lom"la hücum etdi - VİDEO
"Zirə-Pirallahı yolunda qaydaları pozaraq əks istiqamətdə hərəkət edən sürücünün müəyyənləşdirilməsi üzrə araşdırma aparılır".
Open.az xəbər verir ki, bunu "oxu.az"a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, təqdim olunan video ilə bağlı araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Xəzər Rayon Polis İdarəsində müvafiq tədbirlər davam etdirilir.
Qeyd edək ki, Zirə-Pirallahı yolunda qaydaları pozaraq əks istiqamətdə hərəkət edən sürücü ilə bağlı video yayılıb.
90 OX 705 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü əvvəlcə magistral yolda əks istiqamətdə hərəkət edərək digər sürücüyə təhlükə yaradıb. Daha sonra yoluna çıxdığı avtomobilin ardınca gedərək onu saxlayıb.
Avtomobildən düşən sürücü nalayiq ifadələrlə digər hərəkət iştirakçısını təhqir edib. Bununla kifayətlənməyərək əlindəki dəmir əşya ilə əvvəlcə sürücüyə hücum edib. Sonuncu hadisə yerindən uzaqlaşmaq istəyərkən qayda pozucusu avtomobilə ardıcıl zərbələr endirərək maşının arxa faralarını sındırıb.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib