Bakıda yolu bağlayan şəxslər saxlanılıb

Bakıda yolu bağlayan şəxslər saxlanılıb"Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq, saxlanılıb".
Open.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
E.Hacıyev qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in "102" Zəng Xidmətinə məlumat daxil olub: "Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib".
E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib. /open.az

Hadisə       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

"Instagram"da tanış olduğu yeniyetməyə qarşı əxlaqsızlıq edən şəxs həbs edildi

Şəki Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Davud Davudovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiy

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xəbərlər bugün 2026 son xeberler bugun 2026 canli cəbhədən son durum