Bakıda yüksəkvəzifəli şəxslərə zəng edən Samirin - Şok fırıldağı

Bakıda yüksəkvəzifəli şəxslərə zəng edən Samirin - Şok fırıldağıBu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proses baş tutub.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham edilən 1974-cü il təvəllüdlü Samir Yusif oğlu Əliyev barəsində bəzi diqqətçəkən faktlar üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Samir Əliyev müxtəlif şəxslərə özünü məhkəmə-hüquq sistemində tanışları olan biri kimi tanıdıb. Heç bir yerdə rəsmi işləməyən şəxs özünü Prezidentin köməkçisi Andrey Spilin və ədliyyə nazirinin müavini Eldar Nuriyev kimi təqdim edərək bir neçə yüksəkvəzifəli şəxsə zəng edib. O, həmin məmurlardan müxtəlif xahişlər və tələblər edib. 
Samir Əliyev digər zənglərində Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədovun cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü ona möhlət verilməsini istəyib.
Həmçinin S.Əliyev 5 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə zəng edərək universitetin məktəbəqədər təhsil şöbəsinin dördüncü kurs tələbəsi S.M-ə müəllim kimi əlavə dərs saatının verilməsini istəyib. 6 may 2022-ci il tarixdə isə S.Əliyev "Azərsu" ASC-nin sədr müavini Köçərli Həsənova zəng edərək tanışı A.M-in ASC-də məsul vəzifəyə təyin edilməsini tələb edib. Bundan savayı, Samir Əliyev 1 aprel 2022-ci il tarixdə "Teleradio" İstehsalat Birliyinin baş direktoruna zəng edərək həmin qurumda aparıcı mütəxəssis vəzifəsində işləmiş 1 nəfərin əvvəlki vəzifəsinə qaytarılmasını xahiş edib. O eyni zamanda 6 may 2022-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininə zəng edərək nazirlik tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini istəyib. 
Samir Əliyev həmçinin həbsdə olan Rəşad adlı şəxsin azadlığa buraxılmasına kömək etməsi vədi ilə onun yaxınından 21 500 manat alaraq dələduzluq edib.
İş üzrə şahid qismində ifadə verən Hafiz Məmmədov isə 2022-ci ildə vergi borcu ilə əlaqədar həbsdən az sonra azad edilməsi və ona möhlət verilməsinin Samir Əliyevin zəngi ilə əlaqədar olmadığını bildirib. Məhkəmədə iştirakdan imtina edən H.Məmmədovun istintaqa verdiyi ifadə elan edilib. "Hafka" ifadəsində deyib: "Rəhbərlik etmiş olduğum şirkətlərin Dövlət Sosial Müdafiə Fonduna 850.000 manat məbləğində qalıq borcu var idi. Faktla bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində cinayət işinin istintaqı aparılıb və 25 yanvar 2022-ci il tarixdə barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəmdə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Mən barəmdə seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasından ötrü qalıq borcun ödənilməsi ilə bağlı oğlum Sənana tapşırıq vermişdim. 31 yanvar 2022-ci il tarixdə Sənan 600.000 manat məbləğində pulu Xidmətin bank hesabına ödədi, 250.000 manat borcum qaldı. Həmin gün barəmdə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Borcumun ödənilməsindən ötrü vaxt verilməsi üçün hər hansı bir vəzifəli şəxsdən xahiş etdirməmişəm. Təqsirləndirilən Samir Əliyevi tanımıram".
Məhkəmədə Samir Əliyev törətdiyi əməlləri etiraf edib. O, əməllərini "kobud telefon xuliqanlığı" adlandırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu (dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilib. Ona 4 il həbs cəzası verilib.

Sosial       Tarix: 18 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun cəbhədən son durum qurban bayrami 2026 cəbhədən görüntüleri