Bakıdakı dəhşətli qəzadan möcüzə nəticəsində sağ çıxan sürücü: "30 saniyənin söhbəti oldu"
Ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində yanan "Opel" markalı avtomobilin sürücüsünün vəziyyəti yaxşıdır.
Bu barədə Oxu.Az-a həmin sürücü özü məlumat verib.
"Opel" markalı avtomobilin sürücüsü Əvsələtdin Tofiq oğlu Əliyevin sözlərinə görə, səhhətində heç bir problem yoxdur:
"Qəzanı xatırlayıram. Ora çox sürətli yoldur. Saatda 85-90 sürəti ilə hərəkət edirdim. Biz birinci döngəni keçdik, ikincini də keçmək istəyəndə qarışda gedən "Mercedes" markalı yanacaqdaşıyan avtomobil "KamAZ"a arxadan çırpıldı. "KamAZ" üzü əks istiqamətdə aşdı, daşlar yerə töküldü. O biri maşın da aşdı. Daha sonra maşından maye töküldü və yanğın başladı. Bizim maşın da yanmağa başladı. Mənim tərəfimdən qapı kilidlənmişdi. Yoldaşım tərəfdən açıq idi. Qapını açıb qaçmağa başladıq. Maşın partladı. 30 saniyənin söhbəti oldu. Səhhətim çox yaxşıdır. Heç bir problem yoxdur".
Ə.Əliyev yoldaşının da vəziyyətini yaxşı olduğunu qeyd edib:
"Yoldaşım Hacıyeva Firuzə İsmayıl qızı 1970-ci il təvəllüdlüdür. Vəziyyəti yaxşıdır. İkimizdə də xəsarət yoxdur. Avtomobildə açılan təhlükəsizlik yastığı yoldaşımın üzünü sıxıb, bir qədər göyərib. Başqa heç bir problem yoxdur. Mənim də bir qədər şəkərim qalxmışdı. 59 yaşım var. Ürəyimdən əməliyyat olunmuşam. Şəkər xəstəsiyəm".
Əvsələtdin Əliyev 2 saat sonra evə buraxıldıqlarını söyləyib:
"Hadisə yerinə 25 dəqiqə sonra təcili tibbi yardım briqadası gəldi. İlkin müayinə etdilər. İynə vurdular. Daha sonra bizi 1 saylı Şəhər Klinik Xəstəxanası gətirdilər. Orada 1-2 saat ilk tibbi yardım göstərdilər. Gördülər ki, yaxşıyıq. Evə buraxdılar. Yanmamışıq, sınığımız da yoxdur.
Yoldaşımla yas yerinə gedirdik. İkimiz idik. Belə hadisə olacağı ağlımıza gəlməzdi. "KamAZ" sürücüsünü görmədim".
Qeyd edək ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü Heydərov Nizami Qadir oğlu hadisə yerində yanaraq ölüb. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var