Bakıdakı uşaq sığınacağına hücum olub
Azərbaycanda uşaq sığınacağına hücum olub.
Open.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, gecə saatlarında Birliyin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə hücum edilib.
Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən K.Ağazadə vəziyyəti belə izah edib:
"Sığınacağımıza bir ay əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilmiş qızın bibisi və bibisinin qızı gecə saat 01:00-da hücum edib. Hər iki şəxs ünvanımıza təhqirlər yağdırdı, hədə-qorxu gəldi. Ətrafdakı binalarda yaşayan sakinlər şahiddirlər. 17 yaşlı qız bizə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən gətirilib.
Dünənki hadisə ilə bağlı DİN-nin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verdik. Qısa zamanda əraziyə gələn polis əməkdaşları onları sığınacağın ətrafından uzaqlaşdırdılar. Bu vəziyyət sığınacaqdakı uşaqlara da yaxşı təsir etmədi. Təbii ki, bu məqamlar binanın ətrafındakı təhlükəsizlik kameralarına düşüb. Həmin görüntülər də hüquq-mühafizə orqanlarına təqdim ediləcək".
K.Ağazadə həmin şəxslərin sığınacağa yerləşdirildikdən bir aydan sonra qızı görmək istəmələrinin səbəbinə də aydınlıq gətirib:
"Onların uşağı görmək istəmələrinə səbəb darıxmaları və ya qızın vəziyyətinin necə olması deyil. Səbəb odur ki, uşaq bizə gətiriləndə çox baxımsız, pis vəziyyətdə idi. Ana dediyi bibisi tərəfindən döyüldüyünü deyirdi. İnanın mənə, elə yaxşı, sakit uşaqdır. O zaman ekspertizaya göndərilmişdi. Nəhayət, qızın tibbi ekspertizasının nəticəsi məlum olub.
Bu insanlar da məsələni bildikləri üçün uşağı dilə tutub, izahatını dəyişməyə məcbur etmək istəyirlər. Əlavə olaraq qeyd edək ki, hər iki şəxs Xaçmaz rayon sakinləridir. Xüsusi rejimli karantin vəziyyətində bu şəxslərin Bakıya necə gəldiyini də başa düşə bilmirəm".(Baku.ws)

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib