Bakının daha bir ərazisində söküntü olacaq - Sakinlərə yeni mənzillər, kirayə pulları veriləcək
Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.
KONKRET.az BAKU.WS-ə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb.
Pilot layihə nəticəsində istismar müddətini başa vurmuş binalar söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.
Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlar aparıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kvadratından asılı olaraq sakinlər 250-350 manat arasında kirayə pulu alacaqlar.
Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR