Bakıya maşının "baqaj"ında girmək istəyirdi, saxlanıldı - FOTO
"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla paytaxt və ya əks istiqamətdə getməyə cəhdlər göstərirlər".
Open.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yük daşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək 40 manat müqabilində ona məxsus "VAZ 21074" markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində özünü isə evakuatorun salonunda gizlədərək xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.
Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyək paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi "Lada Vesta" markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb. T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, virus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.





Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU