Bakıyadək 50-60 dəfə qayda pozan sürücünün film kimi SONU

Bakıyadək 50-60 dəfə qayda pozan sürücünün film kimi SONUGəncədən Bakıya qədər 50-60 dəfə manevr qaydalarını pozan sürücü avtoxuliqan kimi həbs edilib.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2001-ci il tarixdə Neftçala şəhərində anadan olmuş Zamir (şərti) "Renta car"dan icarəyə götürdüyü "Hyundai Elantra" markalı avtomobillə 20 mart 2023-cü il tarixdə, saat 20-21 radələrində Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılıb. Polislər onu üç km izlədikdən sonra saxlaya biliblər. Həmin vaxt o, valideyni xəstə olduğuna görə avtomobili sürətlə idarə etdiyini etiraf edib.
Sürücü avtomobili idarə edərkən avtoxuliqanlıq hərəkətlərinə yol verib, çoxsaylı manevr qaydalarını pozub, xarici işıq cihazları nasaz vəziyyətdə olub. Sürücü avtoxuliqanlıq hərəkətlərinə yol verdiyini etiraf edərək bildirib ki, Gəncədən gəlir, bütün yolu belə sürüb, 50-60 dəfə manevr qaydalarını pozub. Məqsədi atası xəstə olduğuna görə evinə tez çatmaq olub.
Polislər tərəfindən avtomobil duracağa aparılıb, sürücü izahatı alındıqdan sonra artıq gecə olduğuna görə sərbəst buraxılıb.
Lakin səhəri gün onun mobil telefonuna zəng çatmayıb. 23 mart 2023-cü il tarixdə, saat təxminən 16:10-da Zamir Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə gəlib, avtomobilin duracaqdan buraxılmasını tələb edib. Eyni zamanda, bildirib ki, maşında 2 750 manat pulu qalıb, indi yoxdur. Sürücü məhkəmədə onu da iddia edib ki, cibində səsyazan aparat olub və polislər onu sındırıblar.
Zamir onu da etiraf edib ki, yalnız sürət həddini aşmaqla manevr qaydalarını pozub, polislərə qarşı nalayiq ifadələr işlətməyib, onların qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmayıb.
Yol Polisi Xidmətinin İqrar adlı inspektoru izahatında bildirib ki, Zamirdən səs-küyü, nalayiq söyüşlər işlətməyi dayandırması tələb olunsa da, sakitləşməyib, şöbənin iş fəaliyyətini pozmağa davam edib, qolunu dişləyərək özünə xəsarət yetirməyə çalışıb. Buna görə ərazi üzrə xidmət həyata keçirən post-patrul xidməti əməkdaşları dəvət olunublar. O, məcburi qaydada 25-ci Polis Şöbəsinə aparılıb.
Məhkəmənin qərarı ilə Zamir İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növü seçilib.

Hadisə       Tarix: 25 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri ən son xəbərlər xeberler bu gun sonxeberler