"BakuBus" avtobuslarındakı yanğının ilkin səbəbi açıqlanıb
Sentyabrın 1-də və 15-də Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus" MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb.
Open.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, mütəxəssislərin ilkin rəyinə əsasən yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur.
"Hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır. Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib. Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən "BakuBus" avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir.
Eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada baş verib", - deyə məlumatda qeyd olunub.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib