Balakəndə evlərdən oğurluq edənlər saxlanıldı
Balakən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq olması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin əvvəllər də məhkum olunmuş rayonun Tülü kənd sakini Pərviz Umudov, həmkəndlisi Zamiq Osmanov və Balakən şəhər sakini Anar Qarayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər ötən ilin noyabr ayından bu ilin yanvar ayınadək olan müddətdə 3 ayrı-ayrı evdən televizorlar və müxtəlif əşyalar oğurlayıblar.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
Azərbaycanda bu valyutalar bahalaşdı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb