Balansı sıfır olan "Unibank" kartlarından pul necə oğurlanır? - Şikayətçinin başına gələn inanılmaz olay 

Balansı sıfır olan Bir anlığa təsəvvür edin ki, gecə yarısı balansında heç bir vəsait olmayan debet kartınızdan pul çəkilir və bir müddət sonra bank sizə "borcunuz var, gəlin ödəyin" mesajı göndərir.
Bəlkə də bu durum kiməsə inandırıcı görünməyəcək, amma şikayətçi Rəvan Novruzovun KONKRET.az-a müraciətində Unibank-la əlaqədar yaranmış belə bir anlaşılmaz durumdan bəhs edilir.
Şikayətçinin sözlərinə görə, hadisə 2023-cü il sentyabrın 15-də gecə saat 02.15-də baş verib. Unibank-a məxsus debet kartından 10 saniyə ərzində pul çəkilməyə başlanıb:
"Balansım sıfır olduğundan kartımdan pul çəkmək mümkün deyildi. Haradasa 10 saniyə ərzində xarici valyuta üzrə 30 əməliyyat həyata keçirildi. Balansım -267.18 olanda isə kartım avtomatik olaraq bloklandı. Mən dərhal Unibank əməkdaşlarına zəng etdim və baş verənlərlə bağlı onları məlumatlandırdım. Mənə məsələnin araşdırılacağını dedilər".
Amma aradan 6 ay keçdikdən sonra, 29 yanvar 2024-cü il tarixində Unibankdan şikayətçiyə "**6622 nömrəli kart üzrə overdraft borcunun olması haqda məlumat daxil olub. Bildirilib ki, 5 gün ərzində borc ödənməsə, kredit rəsmiləşəcək və bu, mərkəzi reyestrdə əks olunacaq.
Bu xəbərdarlıqdan şoka düşən Rəvan Novruzov Unibank-a təkrar müraciət etməli olur. Ona bildirilir ki, debet kartının məlumatları oğurlanıb və ABŞ-dən karta müdaxilə edilib. Avro və dollarla qida məhsulları almaq məqsədilə balansı "0" olan kartda overdraft borcu yaranıb.
"Mənə deyirlər ki, siz ərizə yazmalıydınız. Mən də deyirəm ki, bankla dərhal əlaqə yaratmışam və problemi qeydiyyata saldırmışam. Amma mənə ərizə yazmalı olduğum barədə heç nə deyilməyib. Yoxsa mən ərizə də təqdim edərdim. Fakt odur ki, mən vaxtında Unibank-ı məlumatlandırmışam".
Şikayətçinin "kartın təhlükəsizlik sistemi düzgün işləmirsə, bunun əzabını mən çəkməliyəm?" və "balansımda pul olmaya-olmaya kartımdan necə pul çəkilə bilər?" kimi haqlı iradları da Unibank əməkdaşlarına təsir etməyib.
"Belə çıxır ki, mən istədiyim yerdən balansında pul olmayan debet kartı ilə alış-veriş edə bilərəm?! Belə xidmət yoxdur axı. Məndə şübhə yaranıb ki, kartımın məlumatlarını başqa şəxsə özləri ötürüblər. Hazırda qəribə vəziyyət yaranıb. Bank əməkdaşları karta kiberhücum olduğunu boyunlarına alırlar. Məndə onların etirafının 30 dəqiqəlik səsyazısı var. Amma bu məsələ ilə bağlı yardım etmirlər, hər gün məbləğin faizini artırırlar", – deyə şikayətçi gileylənib.
Sosial şəbəkələrə nəzər salanda məlum olur ki, bu eybəcər durum təkcə bizim şikayətçinin başına gəlməyib. Məsələn, İlahə Qasımova adlı xanım şikayətlənib ki, hətta plastik kartınız oğurlanmasa və kart məlumatlarını keç kəslə paylaşmasanız, pulunuz olmasa belə oğurluq baş verə bilər. "Buna görə isə bank sizə həmin pulu borc olaraq yazacaq. Çünki belə hadisə mənim də başıma gəlib".
O qeyd edib ki, noyabrın 13-də kartından pul çıxarılmasına cəhd edilib. Kartın balansında 4 manat olarkən, bu rəqəm -29 manata çevrilib.
"Tez kartımı blokladım və bu barədə bankın "İnstaqram" səhifəsinə yazdım. Sonra kartım öz-özünə app-dən silinib. 3 dəfə yazmağıma rəğmən, bankdan "heç bir yerdə məlumatlarımı paylaşmadığım halda hesabım necə oğurlana bilər?" sualıma heç bir qənaətbəxş cavab gəlmədi. Sadəcə cavab yazdılar ki, müdaxilə dələduzlar tərəfindən oluna bilər. Cavabın absurdluğunu görürsünüzmü? Yəni mənim kartımda böyük məbləğdə pul olsa və oğurlansaydı da eyni cavab veriləcəkdi?".
Onun sözlərinə görə, daha absurd və həngamə isə bundan 4 ay sonra baş verib. Zərərçəkən xanıma "hesabınızda 29 AZN borc var, bunu ödəməsiniz kredit reyestrində qeyd olunacaq və cərimə olunacaqsınız" mesajı gəlib.
Xanımın iradına Unibank-dan "Kartda balans olmadığı halda 13.11.2023-də Globus Center Bravo üzrə 19.46 üsd ödəniş edilmişdir, bu səbəbdən overdraft formalaşıb" cavabı verilib.
KONKRET.az-a açıqlamasında hüquqşünas Sədrəddin İsgəndərov baş vermiş hadisəni təşviş doğuran hal kimi qiymətləndirib. "Çünki hazırda əksəriyyətimiz kartlardan istifadə edirik və hər kəs kiberhücuma məruz qala bilər".
Hüquqşünas qeyd edib ki, Unibank-ın müştərisi tələblərində haqlıdır. "Deməli, bankın təhlükəsizlik sistemi düzgün işləmir. Çünki onun kartındakı balansdan pul çəkilərkən, müştəriyə alış-verişin baş tutub-tutmaması, pul çıxarılmasına icazənin verilib-verilməməsinə dair sorğu gəlməliydi".
Sədrəddin İsgəndərov hesab edir ki, bu xəbər mütləq ictimailəşdirilməlidir, çünki uzaq Amerikadan müdaxilə  inandırıcı gəlmir.
"Bu, çox güman ki, yerli hakerlər tərəfindən törədilir. Onlar  Amerika və digər ölkələrin nömrələri ilə kartlara müdaxilə edirlər. Banklar bu hadisələrdən ciddi nəticə çıxarmalı və təhlükəsizlik sistemnə yenidən baxmalıdırlar".
Hüquqşünas belə hücumlara məruz qalan müştərilərə məhkəməyə müraciət etməyi, təzminatı, o cümlədən hüquqi xərclərini də iddia ərizəsində göstərməyi məsləhət görüb.
Xatirə SADİQ,
KONKRET.az

Sosial       Tarix: 06 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi banklar sonxeber.az bugünkü son xəbərlər son xabar