Balaş bəyin İTV-dən getməsini heç istəmirəm' - Kənan MM

Balaş bəyin İTV-dən getməsini heç istəmirəm' - Kənan MM"Məni çox incitdilər, çox qırdılar. Söz verdilər, ümid verdilər, 9 ay məni gözləmədə saxladılar. Amma mən haqqımı halal edirəm. Sərt ifadələr işlətmişəm, bəlkə də buna məni məcbur ediblər. Həddimi aşdığım heç nə ilə qürur duymuram. Heç kimlə Sirat körpüsündə iki saat halallaşmaq istəmirəm -  mən hər şeyi halal edirəm. Balaş bəyə uzun ömür və can sağlığı arzu edirəm. İTV rəhbəri Balaş bəylə isə heç vaxt barışmayacağam".
 
azxeber.com xəbər verir ki, bu sözləri aktyor, rejissor  Kənan Mahmudov "facebook" hesabında yazıb.
Aktyor telekanalla aralarında olan qalmaqala son dəfə münasibət bildirərək fikirlərini ifadə edib:
"Mənim Balaş bəylə fərdi, şəxsi olaraq heç bir problemim yoxdur. Otağında çay içmişəm, məni hörmətlə qarşılayıb. Çox mədəni insandır. Diqqətimi çəkən əsas məqam isə danışdığım ideyalara diqqətlə qulaq asması idi.
Ortaya bir sual çıxır: bəs mənim problemim nədir?
Mənim problemim İTV rəhbəri Balaş bəyin ayrı-seçkiliyi, ögey yanaşmasıdır. Yəni bu halda İTV rəhbərinin adı kim olsaydı, problemim həmin şəxsin bu sistemi ilə olacaqdı.
Balaş bəyin İTV üçün etdiyi fədakarlığı heç bir vicdanlı insan dana bilməz. Hər şey ortadadır: iş var, keyfiyyət var, təbii ki, maliyyə də var. Hər kəs bilir ki, İTV-yə aid olan bütün serialları paylaşmışam (onlar paylaşmasa belə) və bundan peşman deyiləm.
Məni tanıyanlar bilir ki, yeri gələndə üzr istəməyi bacaran insanam, amma haqqını da tələb edən insanam. 9 ay telefonlarıma cavab verilmədi, ortaq dostlarımız bizi görüşdürə bilmədi. "Ssenari əladır" dedilər və mən 9 ay işsiz qaldım. Rejissorun əsas gəlir yeri televiziya kanallarıdır.
Allah şahiddir, Balaş bəyi İTV-dən kənarda harada görsəm, qarşısına keçib əlimi uzadar, görüşərəm. İTV-də olan Balaş bəyi isə orada unudaram. Amma İTV-də olan Balaş bəylə sistemə qarşı apardığım mübarizədən vaz keçmərəm.
Balaş bəyin oradan getməsini heç istəmirəm. İndi mənimlə yola getmir deyə, onun göstərdiyi fədakarlığa göz yumacaq qədər əqidəsiz deyiləm. Çox istədim ki, yaradıcılıq dostluğumuz davam etsin, amma bəy bunu qəbul etmədi. Ən maraqlısı isə bu səbəbi mən 9 ay bilmədim. İnsanlar danışaraq anlaşırlar, biz isə danışa bilmədik.
Bu yaxınlarda ölümdən döndüm - bildiyiniz, həqiqi mənada. (Dostlarım bilir.) Özümə gəldiyim zaman isə bir daha anladım ki, dünyada heç nə bizim deyil, biz həyatın qarşısında çox acizik. Kaş bunu hər kəs anlaya.
Bəli, məni çox incitdilər, çox qırdılar. Söz verdilər, ümid verdilər, 9 ay məni gözləmədə saxladılar. Amma mən haqqımı halal edirəm. Sərt ifadələr işlətmişəm, bəlkə də buna məni məcbur ediblər. Həddimi aşdığım heç nə ilə qürur duymuram. Heç kimlə Sirat körpüsündə iki saat halallaşmaq istəmirəm - mən hər şeyi halal edirəm.
Vəzifə müvəqqəti məqamdır: bu gün var, sabah yox. Təkrar edirəm, Balaş bəyin getməsi və ya qalması mənim üçün önəmlidir. Hansı halda üzülərəm? Yerinə bu uğuru davam etdirə bilməyən biri gələrsə.
İnsanın haqqını danmaq olmaz. Amma kaş ki, mənə də bir şans verərdi. Yəqin ki, Allahın mənim üçün başqa planları var. Ölkəmizdə olan bütün kanallara yaradıcılıq uğurları arzulayıram. Balaş bəyə haqqımda çatdırılan yalan məlumatların həqiqətini bilən insanları vicdanları ilə baş-başa buraxıram. Həyat bumeranqdır. Balaş bəyə uzun ömür və can sağlığı arzu edirəm. İTV rəhbəri Balaş bəylə isə heç vaxt barışmayacağam".
Aysel

Şou Biznes       Tarix: 17 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir

Makaron, tort, üzgüçülük və porsiya nəzarəti. 62 yaşlı aktrisa Monika Bellucci formada qalmaq üçün tətbiq etdiyi qaydaları açıqlayıb. Dünya şöhrətli italiyalı aktrisa yaşına baxmayaraq, formada görünüşünü qoruyur. O formad

Bahalı saatı gündəm oldu

Türkiyəli məşhur aktyor Çağlar Ertuğrulun taxdığı saat gündəm olub. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. Lüks saat həvəskarlarının da marağına səbəb olan bu modelin yüksək qiyməti fotodakı diqqətçəkən məqamlarda

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xeberler son xəbərlər son xabarlar cəbhədən son durum