Baləlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir' - Vüqar

Baləlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir' - VüqarBir neçə gün öncə ATV kanalında yayımlnan "Rəngarəng səhər" verilişində qonaq olan meyxanaçı Orxan Lökbatanlının "Verilişlərə ona görə getmirəm ki, söz deyəcək adam artıq qalmayıb" sözlərinə həmkarı Vüqar Əbdülov cavab verib.
Lökbatanlının bu ifadələri ilə bağlı azxeber.com-a açıqlama verən Vüqar Əbdülov həmkarına haqq qazandırıb.
"Bu fikirnən mən də razıyam. Razıyam ona görə ki, həqiqətən də hər bir meyxanaçı özünə uyğun tərəf müqabili axtarmaqda azaddır. Vaxtılə Orxanın meyxana dediyi, sağında solunda olan insanlarla deyişmələri yaxşı alınıb. İki, üç nəfərin deyişməsi bir-birinə uyğun gəlməlidir. İndi Orxan tək qalıb. Pərviz meyxanadan aralanıb, Vüqar rəhmətə gedib, Rəşad Dağlı da bilirsiniz həbsdədir. Ola bilər ki, bu gün Orxan ona görə özünü tək hiss edir, qəribsəyib. O hisslər artıq məndə də var, mən Orxanı başa düşürəm. Rəhmətlik məştağalı Elçin də deyirdi "Bu sənətdə özümdən biri də olsa idi, mən nələr edərdim" ". 
Vüqar meyxanaçı Balaəli ilə bağlı daha öncə səsləndirdiyi fikirlərə də açıqlama gətirib:
"Mən həmişə deyirəm ki, meyxanaçıların imkanları çox böyükdür. Bəzən bəziləri onlardan istifadə etmək əvəzinə, meyxanadan uzaq olan, ucuz şeylərə qaçırlar. Mən tək Balaəlini yox, çox adamı demişdim. Bu baxımdan dedim ki, yəni Balaəlinin hal-hazırda oxuduğu mahnılar meyxana deyil. Pul xatirinə olan şeylərdir. Amma belə o uşaqların hamısı istedadlıdır".
Meyxanaçı, bədahətən söz demək əvəzinə mahnı yazdırıb, toylara gedən meyxanaçıların bu addımını isə maddi gəlirlə əlaqələndirib:
"Meyxana adətən toyun axırında olur. Amma mahnı oxuyanda eyni gündə 2, 3 yerə gedərək az zaman ərzində daha çox gəlir əldə edirlər. Meyxanada isə gündə bir məclisdə ola bilərsən. Biz 2 saat meyxana deyib pul alırıqsa, onlar gün ərzində bir neçə yarımsaatlıq toya gedərək, o pulun qat-qat artığını qazana bilirlər. Düşünürəm ki, buna görədir. Və məntiqlə baxanda, bu daha məhsuldardır".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 07 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər son xeber 2026 sonxabar az bugünkü son xəbərlər