Balığın bitki əvəzedicisi hazırlandı
Dünyanın ən böyük qida istehsalçılarından biri olan "Nestle" şirkəti, veqetariyan qidalanmaya üstünlük verən balıq həvəskarları üçün bitki əsaslı ton balığının əvəzedicisini hazırlayıb. Veqan məhsulu "Garden Gourme" brendi altında satılacaq və Senseşinal Vuna adlanır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Vedomosti qəzeti bildirir ki, balıq əvəzedicisinin satışı İsveçrədə avqustun sonlarında başlayacaq. Veqan məhsulu su, noxud zülalı, buğda qluteni, kolza yağı, duz və təbii dadlandırıcılardan hazırlanır. Balıq əvəzedicisi şüşə qablarda satılacaq. Məhlul çörək üzərində yaxılaraq, salatlara əlavə edilməsində istifadə edilə bilər. Vuna, "Nestle" məhsul xəttindəki ilk bitki əsaslı balıq əvəzedicisidir. Şirkət çeşidində artıq ət kotletləri, qiymə ət və toyuq bişməsi əvəzediciləri satılır. Qlobal miqyasda, balıq məhsullarına alternativ məhsullar hələ də ət əvəzedicilərindən aşağı səviyyədədir. Təhlilçilərin fikrincə, 2024-cü ilə qədər dünya bazarında süni ətin həcmi 22,7 milyard dollar təşkil edəcək və məhsullara ən çox tələbat (80 faizədək) Asiyada olacaq.
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar