"Bandotdel"dən əməliyyat: Bank kartlarından pul vəsaitləri ələ keçirən şəxs tutuldu - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bank kartlarından külli miqdarda pul vəsaitləri ələ keçirən şəxsi saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Daxili İşlər Nazirliyinə son dövrlərdə daşınmaz əmlakavtomobil satışı ilə bağlı elan saytlarında şirnikləndirici vədlər verildiyi və müraciət edən şəxslərin pullarının müxtəlif kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olur.
Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirməklə onlara qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Aqşin Bədəlov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs elan saytlarında dəyərindən qat-qat aşağı qiymətə, əslində mövcud olmayan saxta avtomobil və mənzil satışı ilə bağlı məlumatlar yerləşdirib. Həmin elanlardakı şirnikləndirici təklifləri görən vətəndaşlar isə Aqşin Bədəlovla əlaqə saxlayaraq həmin daşınar və ya daşınmaz əmlakı almaq istədiklərini bildiriblər.
Bu zaman Aqşin Bədəlov izi itirmək məqsədi ilə müxtəlif şəxslərin adına əldə etdiyi bank kartlarını müştərilərə göndərək ora təcili pul köçürülməsini tələb edib. Əks halda isə elandakı evi və ya avtomobili başqa şəxsə satacağını bildirib. Pulu əldə edəndən sonra isə o, kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb zərərçəkənlərin onu tapmaması üçün isə onların nömrələrini bloklayıb. Bank kartlarındakı pulları ələ keçirmək məqsədi ilə onlayn dələduzluq sxemi quran Aqşin Bədəlov bu müddət ərzində ona müraciət edən 450 nəfərə maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və iş üzrə əhəmiyyət kəsb edən digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aqşin Bədəlovun ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, şirnikləndirici elanlarla rastlaşdıqda isə bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyə edirik.

Sosial       Tarix: 15 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne krminal bu gun qurban bayrami 2026 xeber.az 2026