Bank Avrasiya'nın kredit və depozit portfeli azaldı
"Bank Avrasiya" 2025-ci ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
azxeber.com banka istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları ərzində "Bank Avrasiya"nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 64.6% artaraq 1 milyon 976 min manat təşkil edib. 2024-cü ilin müvafiq dövründə bank 1 milyon 201 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 10.1% artaraq 3 milyon 961.4 min manat, faiz xərcləri isə 5.2% azalaraq 574.4 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 717.4 min manata ( illik müqayisədə 35.6% çox ), qeyri-faiz xərcləri isə 2 milyon 255 min manata ( illik müqayisədə 35.9% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 1 milyon 389 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 6.5% azdır. Hesabat dövründə bankın xalis mənfəətinin artması əməliyyat mənfəətinin artması ilə deyil, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırmalar ( 342.2 min manat) və gözlənilməz fəaliyyət növlərindən gəlirlər ( 245.6 min manat) hesabına olub.
Cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2.3% və ya 4.6 milyon manat azalaraq 196 milyon 400 min manata enib. Cari ilin ilk 3 ayında "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.3% və ya 4.5 milyon manat azalaraq 131 milyon 627 min manata bərabər olub. Bankın kredit portfelində istehlak kreditləri 15.1 milyon manat , biznes kreditləri 59.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 57.3 milyon manat təşkil edib.
Bu dövrdə "Bank Avrasiya"nın cəmi öhdəlikləri 109 milyon 905 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5.5% və ya 6.4 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 3 ayında 8.9% və ya 5.6 milyon manat azalaraq 57 milyon 380 min manata enib.
2025-ci il aprel ayının 1-nə "Bank Avrasiya"nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.2% və ya 1 milyon 850 min manat azalaraq 86 milyon 494 min manat təşkil edib.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır