Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMA

Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMABank kartları ilə bağlı az qala hər gün yeni bir dələduzluq növü eşidirik.
Kartlardan istifadə və təhlükəsizliklə bağlı nə qədər məlumatlı olsaq da, hakerlər yenə də xırda bir ehtiyatsızlıq sonrası kartımızdakı pulları oğurlaya bilirlər. Nədənsə onların qurbanı olan kartlarda adətən, böyük məbləğlər olur. Məhz bu səbəbdən dolayı bank kartlarını kateqoriyaya bölərək istifadəni məsləhət görənlər var. Deyirlər, alış-veriş kartımız ayrı olmalıdır, maaş kartımız ayrı, onlayn alış-veriş kartımız başqa…
Bu cür yanaşma riski nə dərəcədə azaldır?
KONKRET.az "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir.
Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMABank məsələləri üzrə ekspert Emin Mahmudov deyir ki, bir kartla həm alış-veriş edə, həm də ehtiyat pulumuzu orada saxlaya bilərik. Sadəcə bunun "amma"sı var:
"Ola bilər ki, bank kartı sizə yaxşı üstünlüklər verir. Məsələn, həm kartdakı qalığa görə sizə faiz hesablayır, həm də alış-verişdə bonusları yaxşıdır. Yəni o kartda pul saxlamaq da sizə sərfəlidir, alış-veriş də. O zaman istəsəniz, eyni kartda həm böyük məbləğdə pul saxlaya, həm də alış-veriş üçün istifadə edə bilərsiniz. Eyni zamanda bir sual ətrafında düşünməlisiniz: Mən kartımın təhlükəsizliyi ilə bağlı nə qədər diqqətliyəm? Vəsaitləri xərcləyərkən kart məlumatlarımı kiməsə vermədiyimdən tam əminəm? O əminliyimiz varsa, bir kartla da hər işimizi idarə edə bilərik".
Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMAƏmin deyiliksə, risk etmək istəmiriksə, E.Mahmudov istifadə etdiyimiz kartları kateqoriyaya bölməyin daha məsləhətli olduğunu bildirdi. İlk olaraq maaş kartına yanaşmamızın necə olmasına toxundu:
"Azərbaycanda maaş kartlarına kəşbək verən, maaş kartındakı qalıq məbləğə faiz hesablayan, əlavə hansısa üstünlüklər – millər, bonuslar verən banklar çox azdır. Həm bu, həm də təhlükəsizlik səbəbindən maaş kartlarımızı gündəlik alış-verişdə, istifadə etmək o qədər də məsləhət görülmür. Onlayn saytlarda da maaş kartı ilə qeydiyyat məsləhət deyil. Maaş kartınızın məlumatları əllərinə düşürsə, onu yaddaşda hazır saxlayırlar. Karta vəsait gəldiyini ehtimal etdikləri zaman o vəsaitləri istifadə edə bilərlər. Maaşların da hesaba oturulması zamanı təxmini məlumdur".
E.Mahmudov alış-verişdə üstünlükləri çox olan debet kartlarından istifadənin daha məsləhətli olduğunu bildirdi:
"Ən çox kəşbək də, hesabdakı qalığa faiz hesablamaq da, əlavə bonuslar da debet kartlardadır. Üstəlik bankların əksəriyyəti müştərilərinə pulsuz debet kartlar təklif edirlər. Üstünlüklərinə görə alış-verişdə istifadə etdiyimiz kartla bağlı o qədər də diqqətli deyiliksə, bu kartlarda çox pul saxlamamaq məsləhətdir. Əsas pulu başqa kartda saxlayırsınız, hazırkı xərciniz qədər bu karta pul əlavə edirsiniz. Ən yaxşı üsul o kartlardan onlayn istifadə etməkdir".
Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMAEkspert pullarımız olan kartların tanımadığımız, bilmədiyimiz saytlarda qeydiyyatının isə daha təhlükəli olduğunu deyir:
"Tutaq ki, hansısa xarici saytdan məhsul, yaxud xidmət alırsınız. Təbii ki, ödəniş üçün kart məlumatlarınızı daxil etməlisiniz. Kart məlumatımızı yazdığımız həmin sayta etibar edirik? Ona görə, onlayn alış-veriş üçün ən təhlükəsiz üsul virtual kartlardır. Virtual kart alırıq, o karta bizə həmin xidməti almağa kifayət edəcək qədər vəsait qoyuruq və həmin linkə virtual kart məlumatlarımızı yazırıq. Əgər daxil etdiyiniz sayt dələduz linkdirsə, bizdən yalnız o kiçik məbləği oğurlaya bilir, başqa məbləğimiz toxunulmaz olaraq qalır. Əgər real kartımızın məlumatlarını tanımadığımız, bilmədiyimiz bir linkə, hansısa sayta yazsaq və düşünsək ki, orada vəsait yoxdur, heç nə itirən deyiləm və s. böyük yanlış edərik. Hakerlər həmin kart məlumatlarınızdan istifadə edərək bankın mobil tətbiqinə daxil ola və orada bizim bütün kartlarımızın, cari hesablarımızın, əmanətlərimizin idarəetməsini ələ keçirə bilərlər. Ona görə tanımadığınız, bilmədiyiniz saytlarda real kartlarınızı istifadə etməyin".
Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMAÖz pulumuzun hakerlər tərəfindən oğurlanması onsuz da bizim üçün pis haldır. Bir də var kredit olaraq götürdüyümüz pul. Haker istifadə edir, amma sonra o borcu biz ödəməli oluruq. Ekspertin sözlərinə görə, hakerlərin ən çox hədəf aldığı kartlardan biri də kredit kartlarıdır:
"Digər kartlarla bağlı qeyd etdiklərim kredit kartlarının istifadəsinə də aiddir. Kredit kartlarının istifadəsi ilə yanaşı, həm də onları alarkən diqqətli olmalıyıq. Bu kartları elə aldığımız zaman qısa müddətdə hakerlər ələ keçirə bilirlər. Belə ki, son vaxtlar kredit kartları (bu debet kartlarına da aiddir) onlayn əldə edilir, kuryer vasitəsilə çatdırılır. Kart hazırlanıb müştərinin əlinə çatana qədər bank tərəfindən müştəriyə çox zəng olur. Bu zaman hər gələn zəngə inanmaq olmaz. Bank özü verdiyi kartın sonradan hansısa məlumatlarını istəyə bilməz. Çox zaman kredit vəsaiti karta oturmamış dələduzlar bu barədə məlumat tutur və müştərilərə bank adından zəng vurub deyirlər ki, pulunuzu karta oturtmaq üçün filan rəqəmləri bizə bildirməyiniz xahiş olunur. Kart istifadəçiləri də bank bilib istədikləri məlumatı deyirlər. Bilmək lazımdır ki, bank müştərisinə verdiyi kartın hansı olduğunu dəqiq bilir. Vəsaiti karta yox, kart hesabına yerləşdirir. Hansısa kart məlumatı ilə əməliyyat etmir".
Bank kartlarımızı necə qoruyaq? - ARAŞDIRMA"Səyahət kartımız da ayrı olmalıdır" deyirlər. E.Mahmudovun sözlərinə görə, bu, sizin xərclərinizin məbləğinə görə dəyişə bilir:
"Səyahətlərdə gündəlik alış-veriş kartımızı istifadə edə bilərik. 99 faiz kart ölkə xaricində də ödənişləri dəstəkləyir. Səyahət üçün ayrıca kart əldə etməyə ehtiyac yoxdur. Səyahətdə böyük məbləğdə vəsait xərcləyəcəyiksə, o zaman həmin ölkənin yerli valyutasına uyğun kart açdırmaq daha məsləhətdir. Alış-veriş etdiyimiz zaman konvertasiya zamanı komissiyada və kurs fərqində pul itirməyək".
E.Mahmudov qeyd etdi ki, əgər kart təhlükəsizliyinə riayət etdiyinizdən tam əmin deyilsinizsə, əsas pulunuzu ayrıca bir kartda saxlayın, o kartı da mobil tətbiqdə bloklaşdırın, bütün limitləri sıfırlayın. Ehtiyacınız olanda, kartı blokdan çıxarıb istifadə etdiyiniz karta əlavə edin, yenidən bloka salın.

Sosial     Baxılıb: 244   Tarix: 04 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsanlarən hansı yaşda ən xoşbəxt və həyatdan razı olduğu açıqlanıb. -a istinadən xəbər verir ki, 47 yaşında insanlar özlərini ən xoşbəxt və ən sağlam hiss edirlər. Mütəxəssislər bunu sağlamlığa, özünəinam və yeni həyat prioritetlərin

"Sosial şəbəkələrin yaranması media subyektlərinin inkişafına təsir göstərib

"Sosial şəbəkələrin yaranması media subyektlərinin inkişafına təsir göstərib". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Təhlili şöbəsinin müdiri Səbinə Seyidov

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında dəyişiklik edilib.  Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye v

Ən çox qəlb qıran bürclər – kimlər emosiyalara daha sərt yanaşır?

Astroloji yanaşmalara görə, bəzi bürclər münasibətlərdə daha sərt davranışları və emosional məsafə saxlamaları ilə seçilir. Bu xüsusiyyətlər isə qarşı tərəfin qəlbinin qırılmasına səbəb ola bilər. Məlumata əsasən, Qoç bürc

Goranboyda yeniyetmə qatarın üzərində faciəvi şəkildə öldü

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb. xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib. İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdl

Azərbaycanda ağır qəza: 6 nəfər yaralandı

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. -un "Report"a istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, iki minik avtomobilinin toqquşmas

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

Rusiyanın Kurqan şəhərində Azərbaycan mətbəxi təqdim edən restoran-otel kompleksi satışa çıxarılıb. Müəssisəsinin azərbaycanlı sahibi hazır biznesi 265 milyon rubl dəyərində qiymətləndirib. Elana görə, kompleksə 30 otel otağ

Keçmiş icra başçısı vəfat etdi - FOTO

Azərbaycanda uzun müddət icra başçısı işləmiş Elman Allahverdiyev vəfat edib.  xəbər verir ki, bu barədə "yeni sabah"a onun yaxınları məlumat verib. E.Allahverdiyev aprelin 26-da 68 yaşında dünyasını dəyişib. 

WhatsApp'da nömrəni gizlətmək mümkün oldu

"WhatsApp" tətbiqində bir sıra yeni dəyişikliklər tətbiq olunub.  xəbər verir ki, son yeniləmələrdə əsas diqqət məhz məxfilik, süni intellekt və istifadə rahatlığına yönəlib. Belə ki, artıq istifadəçilər telefo


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbərlər azerbaycanda son xeberler sonxeber en son xeberler