Bank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqraz

Bank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqraz"Bank of Baku" müştərilərinə yeni maliyyə imkanları təqdim etmək məqsədilə kapital bazarında iştirakını genişləndirib. Belə ki, Bank maliyyə bazarında yeni istiqraz emissiyasını həyata keçirməyi planlayır.
8 sentyabr tarixində Bakı Fond Birjasında "Bank of Baku"nun manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə "Açılış Zəngi" tədbiri keçirilib. Bu istiqraz emissiyası ilə Bank həm fiziki şəxslər, həm də peşəkar investorlar üçün sərfəli və etibarlı investisiya imkanı yaratmış olur.
Bank hər birinin nominal dəyəri 100 manat olan 400.000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazı qeydiyyatdan keçirib.
Tədbiri çıxış sözü ilə açan Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov maliyyə bazarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb.
"Bank of Baku"nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, "Bank of Baku" bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir. "Bank of Baku uzunmüddətli fəaliyyəti dövründə müştərilərinə daima fərqli məhsullar, maliyyə həlləri təklif edib. İnanıram ki, bankımızın növbəti məhsulu – istiqrazları da müştərilər və investorların böyük marağına səbəb olacaq".
"ABB-Invest İnvestisiya Şirkəti" QSC-nin icraçı direktoru Nadir Babazadə qeyd edib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini "ABB Mobile" tətbiqi üzərindən yerləşdirə bilərlər.
Tədbirin sonunda "Bank of Baku", Bakı Fond Birjası və "ABB-Invest İnvestisiya Şirkəti"nin iştirakı ilə istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə rəsmi olaraq start verilib.
Qeyd edək ki, təqdim olunan istiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi isə ilk 20 milyon manatlıq tranş üzrə 13% təşkil edir. Faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcəkdir. İstiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcək.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən "Bank of Baku" paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.
"Bank of Baku"nun haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, "Bank of Baku"nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com 
www.facebook.com/bankofbaku
Bank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqrazBank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqrazBank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqrazBank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqraz/ azxeber.com

İqtisadiyyat       Tarix: 10 sentyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler bugunun xeberleri sonxəbərlər cəbhədən son xəbərlər valyuta mezennesi