Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün
Bank of Baku-nun təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.
ha
azxeber.com xəbər verir ki, Bank of Baku-nun təşkilatçılığı və "Birgə və sağlam" İctimai Birliyinin tərəfdaşlığı ilə 31 iyulda baş tutan tədbir Azərbaycanın ilk inklüziv məkanlarından olan "Kaşalata" kafedə təşkil edilib.
20-yə yaxın autizm sindromu olan uşaq bir araya gələrək onlar üçün təşkil olunmuş master-klasda iştirak ediblər. "Hamının bir dünyası var!" mesajı ilə baş tutan master-klasın əsas mövzusu isə yaşadığımız dünya və təbiət ilə əlaqələndirilib.
İştirakçılar kətan çantalar üzərində yer kürəsinin müxtəlif eskizlərini öz daxili dünyalarına, duyğularına uyğun boyayaraq fərqli yanaşmalarını əks etdiriblər.
Bank of Baku-nun bu təşəbbüsünün əsas məqsədi autizm sindromu və neyromüxtəlifliyə dair məlumatlılığı artırmaq, inklüzivliyin təşviqinə dəstək olmaqdır.
Qeyd edək ki, ölkəmizdə ilk inklüziv ictimai məkan olan "Kaşalata" autizm sindromlu, eləcə də əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq məqsədilə yardılıb.
Bank of Baku belə məkanları və təşəbbüsləri dəstəkləməklə sosial inteqrasiyaya, hər bir fərdin cəmiyyətə qazandırılması yolunda addımların atılmasına töhfə verməyə çağırış edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
-www.bankofbaku.com
www.facebook.com/bankofbaku













Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgilidir?
Məşhur aktyor SAXLANILDI
"Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir" - Ekspert
Hikmət Hacıyev: 4000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
Neft ucuzlaşdı
Pentaqonda həyacan: Təhlükəli maddə tapıldı və
Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı
DÇ-2026 başlayır: ilk oyun və saatı
"Qarabağ" Bikalyo ilə bağlı qərarını verdi
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı
"WhatsApp" ödənişli olur? - Yeni abunə xidməti istifadəyə verildi
Çexiyada ana yenidoğulmuş körpəsini itlərə yedirdib