Bank of Baku-nun Daxili Audit departamentinə təyinatlar

Bank of Baku-nun Daxili Audit departamentinə təyinatlarBank of Baku ASC-də yeni təyinatlar olub. 
Emil Qaçayev Daxili Audit departamentinin direktoru vəzifəsinə təyin edilib. 
Məlumat üçün bildirək ki, Emil Qaçayev 2008-2012-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr, 2012-2015-ci illərdə isə Azərbaycan Texniki Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.
O, peşəkar karyerasına 2009-ci ildə "Azəristiliktəchizat" ASC-də başlayıb. 2013-cü ildən etibarən isə bank sektoruna keçid edərək  Bank of Baku ASC-də müxtəlif vaxtlarda  Mikrokreditlər, Kassa, həmçinin Risklərin idarə edilməsi və Daxili nəzarət sahələrində fəaliyyət göstərib.
2020-2022-ci illərdə Monitorinq bölməsinin rəhbəri, 2022-2024-cü illərdə isə Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrini icra edib.
Qeyd edək ki, Emil Qaçayev 2024-cü ildən cari təyinatadək Bank of Baku ASC-də Daxili Audit departamentin direktorunun müavini, department direktoru vəzifələrinin icraçısı olaraq çalışıb.
Onu da bildirək ki, Bank of Baku-nun Daxili Audit departamentinin direktorunun müavini vəzifəsinə isə sözügedən departamentdə şöbə müdiri olaraq çalışan Orxan Ələskərov təyin edilib.  / azxeber.com

İqtisadiyyat       Tarix: 08 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son dəqiqə cəbhədən görüntüleri kriminal bugun sonxabar az