Bank of Baku-nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi
Bank of Baku tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.
Bankın və Bolkart-ın rəsmi veb-səhifələrində (bankofbaku.com və bolkart.az) süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verilib. Yeni virtual köməkçi xidmət keyfiyyətini daha da təkmilləşdirmək, müştəri xidmətlərini ən son texnologiyalara uyğunlaşdırmaq məqsədilə yaradılıb.
Xidmət sayəsində müştərilər bankın məhsulları, xidmətləri barədə 24/7 rejimində operativ və ətraflı məlumat alacaq.
Qeyd edək ki, süni intellektin ən son imkanları ilə təmin olunmuş BOBAI müştərilərin suallarını anlama və uyğun cavab təqdimetmə qabiliyyətinə malikdir. Sistem mürəkkəb və fərdi yanaşma tələb edən hallarda müştəriləri canlı operatora yönləndirir.
Bu xidmət Bank of Baku yaxın gələcək üçün hədəflədiyi rəqəmsal tranformasiya planının bir hissəsidir və bankın digər rəqəmsal platformalarına inteqrasiya da nəzərdə tutulub.
30 ildən çoxdur ki, fəaliyyət göstərən bank paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
-www.bankofbaku.com
www.facebook.com/bankofbaku / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır