"Bank of Baku"dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Ətraf mühit, Sosial və İdarəetmə (ESİ) prinsiplərini öz fəaliyyətində əsas tutan Bank of Baku "Təbiətə Yaxın Bankçılıq" şüarı altında ekoloji tədbirlərini davam etdirir.
Bank 1 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Xəzər dənizinin Bilgəh sahilində növbəti təmizlik aksiyasını təşkil edib.
Aksiyada Bank of Baku əməkdaşları və ekokönüllülər iştirak edərək sahilyanı ərazidən plastik və digər məişət tullantıları toplayıblar. Qeyd edək ki, bank tərəfindən təşkil olunan təmizlik aksiyalarında ümumilikdə 1 tona yaxın tullantının toplanılmasına nail olunub.
Bu cür aksiyaları təşkil etməkdə əsas məqsəd Xəzər dənizinin ekoloji vəziyyətinə ictimai diqqəti yönəltmək, dəniz sahillərinin təmizliyini təbliğ etmək və ətraf mühitin qorunması ilə bağlı tədbirlərə dəstək olmaqdır.
Məlumat üçün bildirək ki, dayanıqlı fəaliyyətin ayrılmaz hissəsi olan ESİ amilləri Bank of Baku-nun strateji priotitetləri arasında ilk sıralardadır. Bu baxımdan bank "Təbiətə Yaxın Bankçılıq" şüarı ilə ekoloji layihələrini davam etdirməyi hədəfləyir.
30 ildən çoxdur ki, fəaliyyət göstərən "Bank of Baku" 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku






/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır