Bank Respublika 2023-cü ildə bütün göstəricilər üzrə artım nümayiş etdirib
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ildəki fəaliyyət nəticələrini elan edib. Hesabata əsasən, Bank əla maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqeyini möhkəmləndirib.
azxeber.com xəbər verir ki, Bank dinamik inkişafını davam etdirmiş və ötən illə müqayisədə bütün maliyyə göstəricilərində artım nümayiş etdirmişdir:
*Bankın aktivləri 35% artaraq 2,13 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
*Bankın məcmu kapitalı 30% artaraq 165,91 milyon manat təşkil etmiş və minimum məcmu kapital normasını 3 dəfədən çox üstələmişdir.
*Bankın xalis faiz gəlirləri 38%-dən çox artaraq 117,04 milyon manata çatıb.
*Bankın xalis əməliyyat mənfəəti 57% artaraq 52,25 milyon manata çatıb.
*Bankın xalis mənfəəti 51% artaraq 40,25 milyon manat təşkil edib.
*Bankın depozit portfeli 50% artaraq 1,44 milyard manat təşkil edib ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika"ya olan inamını bir daha təsdiqləyir.
Ötən il Bank Respublika həm bank həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiya İnkişaf Bankı (FMO), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Avropa İnvestisiya Şirkəti (EMF Microfinance Fund) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.
"2023-cü ildə Bank Respublika məhsul və xidmətlərin davamlı təkmilləşdirilməsi, müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal texnologiyaların tətbiqi və inkişafı sayəsində yüksək nəticələr əldə etmişdir. Mən yüksək peşəkarlığa və Bankın inkişafındakı əvəzsiz töhfəsinə görə mehriban kollektivimizə xüsusi minnətdarlığımı bildirmək istərdim. Həmçinin, bu nəticənin əldə edilməsində verdiyi töhfəyə və əməkdaşlığa görə bankın müştərilərinə və tərəfdaşlarına minnətdarıq. ", - deyə Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Dahaətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,linkedin, telegram səhifələrindəvə ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır