Bank Respublika ABŞ-də Azərbaycanın ilk bankçılıq missiyasında iştirak etdi

Bank Respublika ABŞ-də Azərbaycanın ilk bankçılıq missiyasında iştirak etdi22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini həyata keçirib.
Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən "Bank Respublika"ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşır.
Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.
Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. 
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında "DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.
Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moodys) malikdir. / azxeber.com

İqtisadiyyat       Tarix: 28 aprel 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti,

Qırmızı Ürəklər Fondunun "Qurban payı" aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

Qurban bayramı münasibətilə Qırmızı Ürəklər Fondu və Birbank tərəfindən birgə həyata keçirilən ənənəvi "Qurban payı" ianə toplama aksiyası uğurla başa çatıb. Aksiya çərçivəsində aztəminatlı və sosial cəhətdən həssa

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib. xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyay

Bu şəxslərin kredit faizlərini dövlət ödəyəcək

Aqrar Subsidiya Şurası kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin artırılması ilə bağlı yeni qərarlar qəbul edib. Yeni mexanizmə əsasən, fermerlərin istehsal məqsədilə banklardan götürdüyü kreditlərin illik fai

"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırıla

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola

Dünya birjalarında neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb. xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,94 dollar azalaraq 93,09 dollar olub

Azər Türk Bank və Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR

Dövlət bankı Azər Türk Bank (ATB) və ölkənin nüfuzlu ali təhsil müəssisəsi olan Bakı Ali Neft Məktəbi (BANM) arasında Anlaşma Memorandumu imzalanıb. xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edə


azerbaycan xeberleri yeni xeberler son xeberler maliyye xeberler bugun sou xeberler cəbhədən xəbər valyuta mezennesi 2026