"Bank Respublika" BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşulub
"Bank Respublika" korporativ sosial məsuliyyət sahəsində beynəlxalq təşəbbüsə qoşulub
Sosial məsuliyyət prinsiplərinə sadiq qalan, ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (United Nations Global Сompact) qoşulub.
BMT-nin Qlobal Sazişi dünyada davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Qlobal Sazişin iştirakçıları aparıcı xarici maliyyə institutları da daxil olmaqla 160 ölkədən 20 mindən çox təşkilatdır.
Bank Respublika BMT-nin Qlobal Sazişinə qoşulmaqla davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Qlobal Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürən Bank, insan hüquqları, ekologiya, sosial məsuliyyət sahəsində fəaliyyət proqramını təkmilləşdirməyə, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Bank hazırda yaşıl maliyyənin inkişafı, ətraf mühitin qorunması, məişət tullantılarının təkrar emalına yönəlmiş layihələr, eləcə də bir çox başqa təşəbbüslər üzərində fəal işləyir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır