Bank Respublika media nümayəndələri üçün Şamaxı və Göyçaya press-tur təşkil edib - FOTOLAR
Azərbaycan Milli Mətbuatının təməl daşı sayılan "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Ənənəyə sadiq qalan Bank Respublika, bu əlamətdar gün münasibətilə ölkənin tanınmış media nümayəndələri üçün növbəti press-tur təşkil edib. Səfər çərçivəsində jurnalistlər Şamaxı və Göyçay rayonlarında olublar.
Press-tur Azərbaycan mətbuatının təməlini qoymuş görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin məzarının ziyarəti ilə başlayıb. Jurnalistlər böyük maarifçinin məzarı önünə gül dəstələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər.
İki gün davam edən press-tur çərçivəsində media nümayəndələri əvvəlcə Bank Respublikanın maliyyə dəstəyi ilə "Tənha anaların sosial inkişafına dəstək" layihəsi çərçivəsində Şamaxıda yaradılmış sosial müəssisəyə baş çəkiblər. Jurnalistlər burada fəaliyyət göstərən qadınların iş şəraiti ilə yaxından tanış olub, onların təşəbbüslərini dəstəkləyiblər.
Səfərin növbəti dayanacağı Göyçay rayonu olub. Burada iştirakçılar Bank Respublikanın uzunmüddətli dəstək göstərdiyi yerli biznes təsərrüfatlarından biri olan meyvə bağlarını ziyarət ediblər. Onlara təsərrüfatda yetişdirilən meyvələrin yığımı, çeşidlənməsi və qablaşdırılması prosesi ətraflı şəkildə təqdim olunub.
Press-tur çərçivəsində media nümayəndləri üçün asudə vaxtlarının daha maraqlı keçməsi məqsədilə Şamaxı Safari Park və Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyalar da təşkil olunub.





/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır