Bank Respublika Yeni il öncəsi Naxçıvanda aztəminatlı ailələrin arzusunu reallaşdırdı
Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən Bank Respublika, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinə başlamaq istəyən həssas əhali qruplarına dəstək olmağa davam edir.
azxeber.com xəbər verir ki, bank bu dəfə, Yeni il öncəsi Naxçıvanın Şərur və Ordubad rayonlarında yaşayan aztəminatlı ailələrin arzusunu reallaşdırıb. Belə ki, Bank sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin istəklərini həyata keçirərək onları əvəzsiz olaraq broyler inkubatoru, avtoçilingər avadanlıqları, eləcə də maldarlıq təsərrüfatının qurulması üçün mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir.
Qeyd edək ki, Özünüməşğulluq layihə çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə144 nömrəsinə zəng edərək əldə edəbilərsiniz.




Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu