"Bank Respublika" yenilənmiş "Memar Əcəmi" filialını yeni ünvanda açdı
"Sizə faydalı" şüarına hər zaman sadiq qalan "Bank Respublika", müştərilərin rahatlığının təmin edilməsi və filial şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə xidmət nöqtələrinin müasirləşdirilməsini davam etdirir.
Bank xidmət şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində daha bir filialı yeni ünvanda müştərilərin ixtiyarına verib. Belə ki, Bankın "Memar Əcəmi" filialı, bundan belə, Bakı şəhəri, A.Mustafayev küç.5 (3-cü mikrorayon dairəsi) ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofisdə müştərilərə xidmət göstərəcək. Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
"Bank Respublika"nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 34 filialı və 1 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

/ azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır