"Bank Respublika"dan şəhid övladlarına daha bir qayğlkeş addım - FOTOLAR
Ölkənin aparıcı və sosial məsuliyyətli banklarından biri olan "Bank Respublika"nın dəstəyi, "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə 30 iyun – 5 iyul 2025-ci il tarixlərində Göygöl rayonunun təbiət qoynunda yerləşən "Xan Yurdu" etnoqəsəbəsində şəhid övladları üçün"Qəhrəman Övladları" adlı yaylaq düşərgəsi keçirildi.
Düşərgənin keçirilməsində əsas məqsəd – Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın övladlarına mənəvi dayaq olmaq, onların yay tətilini dolğun və mənalı keçirmələrinə dəstək göstərmək idi.
Düşərgədə ölkənin müxtəlif bölgələrindən olan Xüsusi Təyinatlı Qüvvələr mənsubu olan şəhidlərin 70 övladı və ailə üzvləri iştirak edib. Onlar üçün qədim türk mədəniyyətini əks etdirən alaçıqlarda yerləşmə, gündəlik qidalanma və nəqliyyat təminatı, eyni zamanda təbiət qoynunda ekskursiyalar, maarifləndirici təlimlər, ustad dərsləri, əyləncəli oyunlar və yaradıcılıq proqramları təşkil olunub.
Düşərgə boyu uşaqlar həm bir-birilə ünsiyyət qurub yeni dostluqlar qazanıb, həm də milli-mədəni irsimiz, qəhrəmanlıq ruhu və azərbaycançılıq dəyərləri ilə daha yaxından tanış oldular.
Bank Respublika illərdir həyata keçirdiyi sosial layihələrlə şəhid ailələrinin, qazilərin və onların övladlarının həyatına mənalı töhfələr verməyə, onların rifahına dəstək olmağa çalışır. "Qəhrəman Övladları" düşərgəsi isə bu istiqamətdə atılmış növbəti dəyərli addım kimi xüsusi əhəmiyyət daşıyır.




/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır