Banka qoydurmaq təhlükəlidir: Bədənin bu hissələrinə qoymaq olmaz

Banka qoydurmaq təhlükəlidir: Bədənin bu hissələrinə qoymaq olmazÖlkəmizdə geniş yayılmış türkəçarə üsullardan biri də bankalanmaqdır. Ta qədimdən soyuqdəymə, əzələ, bel ağrıları zamanı müalicə vasitəsi kimi bankadan istifadə edilib.
Bankalanmağa daha çox yaşlı və orta nəslin nümayəndələri üstünlük verir. İnanca görə, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub.
Lakin banka haqda fikirlər heç də birmənalı deyil, bəziləri bunun faydalı olduğunu, bəziləri isə orqanlara zərər verdiyini iddia edir.
Bəs görəsən, soyuqdəymə zamanı bankalanmaq problemi aradan qaldırmağa kömək edirmi?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb. O, bu üsulun minillərdir sınanmış olduğunu, faydasının görüldüyünü bildirib:
"Türkəçarə böyük elmi əsası olan qədim türk təbabətidir və həmin dövrdə vətəndaş hüququ qazanan, təsdiq olunan müayinə, müalicə üsulları uzun müddət sınaqdan keçirilib daha sonra üzərində dayanılıb. Eyni zamanda, banka qoyulması da buna aiddir. Banka qoymaq autohemoterapiya xarakteri daşıyır.  Autohemoterapiya – xəstənin öz qanından istifadə olunaraq, müxtəlif bioloji dərmanlarla potensiyalaşdırılmış qarışığının alınıb yenidən pasiyentə vurulması ilə aparılan müalicə metodudur".
Professorun sözlərinə görə, banka qoymaqla müalicə üsulu artıq keçmişdə qalıb, tibbin inkişafı sayəsində artıq buna ehtiyac yoxdur:
"Müasir tibb bu gün o qədər inkişaf edib ki, bu cür üsullara ehtiyac qalmır. Bu üsullar artıq arxaik xarakter daşıyır. Məsələn, zəli müalicəsi bu gün də aktual olaraq qalır, amma banka qoymaq ayrı-ayrı adamlar tərəfindən istifadə edilsə də, elmdə vacib üsul kimi nəzərdən keçirilmir. Çünki bu gün son dərəcə müasir üsullar – antibiotikaterapiya və digər üsullar var. Banka arxaik üsul olsa da, özünü təsdiq etmiş üsullardan biridir".
Həkim qeyd edib ki, düzgün qoyulmayan banka ciddi fəsadlara səbəb ola bilər:
"Banka qoyan şəxslər bir növ buna adət edirlər və sonralar tez-tez bu üsula müraciət etməli olurlar. Bu da onun mənfi xüsusiyyətlərindən biridir. Bundan başqa, bankanın qoyulması üçün müəyyən yerlər var və bunu bilmək üçün təcrübə olmalıdır, bankanı onurğa sütununun, ürəyin üzərinə qoymaq qətiyyən olmaz. Bu isə ciddi fəsadlara yol aça bilər. Banka qoymağın da metodologiyası var.
Banka qoyan zaman həmin yerdə qan hissəcikləri laxtalanır və həmin hissəciklər sorulanda orqanizmdə stimuliyasiya verir".

Sağlamlıq       Tarix: 26 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər valyuta məzənnələri zelzele valyuta mezennesi