Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan" qorumağın çox praktik və təbii bir yolu var: Dəfnə yarpağı!
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, dəfnə yarpağının tərkibində "öjenol" adlı güclü bir maddə var. Bu maddə qarışqa, hamamböceği, milçək və ağcaqanad kimi zərərvericilər üçün əsl "təbii kovucu" rolunu oynayır. Onlar bu qoxunu hiss etdikdə evinizə yaxınlaşmaqdan çəkinirlər.
Evinizi qorumağın 3 sadə yolu:
Tətildən əvvəl pəncərə kənarlarına, qapı astanalarına, dolab içlərinə və həşəratların keçə biləcəyi künclərə quru dəfnə yarpaqları qoyun.
Dəfnə yarpağını suda qaynadaraq "infuziya" (məhlul) hazırlayın. Bu suyu pəncərə ətrafına və künclərə püskürtməklə daha təsirli bir qoruma təmin edə bilərsiniz.
Teras və ya balkonda saxlayacağınız bir dibçək dəfnə bitkisi, həşəratların evə girişini hələ lap başlanğıcda bloklayır.
Eviniz üçün daha 3 "möcüzəvi" faydası:
Dəfnə yarpağı antimikrobiyal xüsusiyyətə malikdir. Evə yerləşdirdiyiniz zaman havadakı bakteriyaları azaldaraq nəfəsalma keyfiyyətini artırır.
Dəfnə yarpağının azacıq yandırılması (tütsü kimi) ətrafa sakitləşdirici və stresi azaldan aromaterapevtik bir qoxu yayır. Evdə rahat və uyumlu bir atmosfer yaradır.
Parlaq yaşıl yarpaqları ilə dəfnə evinizə təbiilik və zəriflik qatır. Həm dekorativ çələnglərdə, həm də stolüstü bəzəklərdə istifadə edərək həm estetik, həm də sağlam bir mühit qura bilərsiniz.
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib