Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaqXərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycanda da onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin icbari tibbi sığorta çərçivəsində genişləndirilməsi istiqamətində addımlar atılır.
Bəs Azərbaycanda xərçəng xəstələri üçün hansı yeni imkanların yaradılması gözlənilir və dünyada bu sahədə hansı təcrübələr tətbiq olunur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, hər il dövlət büdcəsindən onkoloji xəstəliklərin müalicəsinə dəstək məqsədilə müəyyən vəsait ayrılır.
Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaqOnun sözlərinə görə, bu vəsait, dünyada olduğu kimi, Azərbaycanda da ilbəil artırılır:
"İcbari tibbi sığorta sisteminin tətbiqinə təxminən 4-5 il əvvəl başlanılıb. İlk mərhələdə onkoloji xəstəliklərin müalicəsi üçün geniş maliyyələşmə nəzərdə tutulmamışdı.
Lakin son dövrlərdə onkoloji xəstəliklərin diaqnostikasında istifadə olunan KT, MRT və endoskopik müayinələr icbari tibbi sığorta paketinə daxil edilib. Yaxın gələcəkdə onkoloji xəstəliklərin müalicəsi və digər müayinə prosedurlarının da icbari tibbi sığorta paketinə əlavə edilməsi nəzərdə tutulur".
Həkim qeyd edib ki, bu istiqamətdə ilk növbədə uşaqların əhatə olunması planlaşdırılır:
"İlkin olaraq 2027-ci ildən uşaqların icbari tibbi sığorta ilə təmin olunması nəzərdə tutulub. Çünki uşaqlar ən həssas qruplardan biridir. Bu halda onların müayinə və müalicələrinin dövlət hesabına həyata keçirilməsi mümkün olacaq.
Daha sonra mərhələli şəkildə xərçəng xəstəliyinin müəyyən növlərinin də icbari tibbi sığorta paketinə daxil edilməsi nəzərdə tutulur. İldən-ilə onkoloji xəstəliklərdən əziyyət çəkən insanların daha geniş şəkildə icbari tibbi sığorta sisteminə cəlb edilməsi gözlənilir".
F.Museyibovun sözlərinə görə, onkoloji xəstələrin həm müayinə, həm də müalicəsinin dövlət hesabına həyata keçirilməsi bir sıra ölkələrdə artıq tətbiq olunan praktikadır:
"Ümumiyyətlə, Avropa ölkələrində, eləcə də qardaş Türkiyədə onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi dövlət hesabına həyata keçirilir. Müayinələr də bu sistemə daxildir. Azərbaycanda isə icbari tibbi sığorta sisteminə yeni keçildiyi üçün ilk mərhələdə yalnız müəyyən müayinələr paketə daxil edilmişdi.
Artıq nəzərdə tutulub ki, bundan sonrakı mərhələlərdə digər müayinə və müalicə prosedurları da icbari tibbi sığorta paketinə əlavə edilsin".
Beləliklə, onkoloji xəstələrin müayinə və müalicə xərclərinin dövlət tərəfindən daha geniş şəkildə qarşılanması, xüsusilə uşaqlar üçün əlavə imkanların yaradılması və sistemin mərhələli şəkildə genişləndirilməsi gözlənilir. Bu isə ağır xəstəliklə mübarizə aparan xəstələrin və onların ailələrinin maliyyə yükünün əhəmiyyətli dərəcədə azalmasına imkan verə bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 19 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar xabarlar en son xeberler bu gun xeberlər