Bankda manatla pulu olanların NƏZƏRİNƏ: "Dollar qalxarsa...."
Bir çox insanlar gələcək üçün yığdığı pulunu banklara qoyur və faizlərlə gəlirini artırır. Lakin pulunu banklara etibar etməkdə çətinlik çəkənlər də var.
Bəs banka hansı valyutada pul qoymaq sərfəlidir?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı milli.az-a Azərbaycan Banklar Assosiasiyasının sədri Fərəc Axundov bildirir ki, rəsmi rəqəmlərə əsasən, əhali daha çox manata güvənir. Bunun səbəbi manatla olan depozitin faizinin xarici valyutadan daha çoxdur. Banklar tərəfindən müştərilərə 6 aydan 36 aya qədər əmanətlər faizləri təklif olunur. Həm də eyni vaxtda müştərilərin istəyi ilə müddətin sonunda ya da aylıq faizləri ödəmək nəzərdə tutulub. Hazırda faiz dərəcələri 5 faizdən 12 faizə qədərdir.
Ekspert qeyd edib ki, manat depozitinin üstünlüyü daha çoxdur. Xarici valyutada depozit şərtləri bəzən manatla eyni olmur. Xarici valyutada verginin tutulması vətəndaşların manat depozitinə marağını artırır.
Bəs əmanətlər hansı hallarda qorunur?
Ekspert bildirib ki, depozitlər milli valyutada 12 faizə qədər, xarici valyutada isə 2.5 faizə qədər sığortalanır. Fiziki şəxslərin qorunan əmanətləri 100 min-ə qədər, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manat, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər tam məbləğ sığortalanır.
Qeyd edək ki, vətəndaş əgər qoyduğu depoziti sığortalamazsa, bank bağlananda vəsaitlərini geri qaytarmaqda çətinlik çəkə bilər.

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək
Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı
76 yaşlı kişi yıxılaraq həyatını itirdi
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İlham Əliyev Britaniya Kralını təbrik etdi
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib