"Banklar qəsdən xırda şriftlərlə yazır ki..." - Ölmüş şəxsin kart borclarını kim ödəməlidir?
Son zamanlar nağdsız ödənişlərin artması vətəndaşların bank kartlarından istifadəsini artırıb. Artıq kredit kartı olmayan kimisə tapmaq çox çətindir. Bu isə üstünlüklərlə yanaşı müəyyən problemlər də yaradır.
Çoxlarını düşündürən suallardan biri isə bankların vətəndaşlara təqdim etdiyi limitli kredit kartlarından istəfadə edən şəxsin dünyasını dəyişdiyi təqdirdə prosesin necə tənzimlənməsidir.
Tutaq ki, kiminsə 3 min manatlıq kredit kartı var və o həmin məbləğin 1500 manatını xərcləyib. Həmin şəxs vəfat edərsə, heç bir zamin tələb olunmadan verilmiş həmin kart üzrə borclar hansı formada ödənilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu kimi fors-major hallar tərəflər arasında imzalanan müqavilələr əsasında tənzimlənir:
"Müqavilədə fors-major hallarla bağlı müddəalar olur. Ona görə də vətəndaşlar diqqətli olsalar, daha yaxşı olar. Çünki həmin müqavilələrdə fors-major situasiyalarla bağlı çox xırda şriftlər ilə böyük abzaslar, bəndlər olur. Vətəndaşlar çox zaman onu oxumadan müqaviləni imzalayır. Orada öhdəliklərin böyük qismi vətəndaşın və ya zamin duran şəxslərin üzərinə düşür".
İqtisadçı zaminin göstərilmədiyi hallarda öhdəliyin kredit götürənin varislərinin üzərinə düşdüyünü bildirir:
"Zamin yoxdursa, öhdəlik varislərin üzərinə düşür. Ona görə də fors-major situasiyalarla bağlı xırda hərflərlə yazılanları oxumaq lazımdır. Burada banklar özlərinə nə lazımdırsa, qeyd edirlər. Vətəndaş da çox zaman oxumadan imzalayır. Sonradan belə situasiyalar yarananda bank məsuliyyətdən kənarda qalır və mərhumun yaxınları əziyyət çəkir".
Aygün Mirakif
KONKRET.az

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat
Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz
"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - FOTOLAR