Banklardan necə pul qazanmaq olar? - Deputat açıqladı

Banklardan necə pul qazanmaq olar? - Deputat açıqladıYanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib.
KONKRET.az xəbər verir ki, bu barədə deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlama verib.
İqtisadçı deputat sözügedən məsələ ilə bağlı detalları açıqlayıb: "Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır. Yəni, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq.
Misal üçün: əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə 200 manatdır. Yəni, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur".
V.Bayramov ardınca bildirib: "Burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımızın vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda – xarici bankın Azərbaycan Respublikasındakı filialında – milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu, o deməkdir ki, əgər vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit kimi yerləşdirərsə, onun illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda yerləşdirilərsə, o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb olunacaq". Millət vəkili hesab edir ki, vergi güzəştindən tam istifadə etmək üçün daha məqsədəuyğun olardı ki, vəsait bir deyil, iki bankda yerləşdirilsin: "Belə olan halda 50 min manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə, vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək. Vəsait daha böyük olarsa, məsələn, 100 min manat, o halda bir neçə bankda yerləşdirilə bilər. Bu, bir tərəfdən imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər hansı vergi ödəməsin, digər tərəfdən isə bank sektorunda təmərküzləşmə səviyyəsini azaldacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu halda belə, depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür".

Sosial       Tarix: 03 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri hava durumu az xeber son xeberler bu gun