Bankların dollar tələbi kəskin artıb – Devalivasiya təhlükəsi var?

Bankların dollar tələbi kəskin artıb – Devalivasiya təhlükəsi var?Dünən Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 151.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu göstərici ötən hərracdan 2.5 dəfə çoxdur. Belə ki, 8 fevralda keçirilən valyuta hərracında banklar 61.4 milyon dollar alış həyata keçirib. Bəs görəsən banklarda birdən-birə artan bu cür dollar tələbi nədən xəbər verir? Bu tendensiya yaxın gələcəkdə devalivasiya təhlükəsi yarada bilərmi?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı ekspert Əkrəm Həsənov artımın bankların müştərilərinin dollara olan tələbinin artması ilə izah edib.
"Bankların hərracda hansı məbləğdə pul tələb edəcəyini öncədən heç vaxt müəyyən etmək olmur. Bu onu göstərir ki, bankların müştərilərində tələbat çoxalıb. Belə başa düşmək olar ki, ilin əvvəli sahibkarların biznesində aktivlik artır. Sahibkarlara xarici valyuta yəni dollar lazımdır. Lakin bu uzunmüddətli tendensiya deyil. Biz əgər ötən ilə baxsaq, təxminən eyni dərəcədə tələbat gah artıb, gah da düşüb. Bu da bankların tələbatına bağlı olan bir şeydir. Ona görə bunu devalivasiya ilə əlaqələndirmək düzgün olmaz".
Ekspert yalnız dollar tələbinin stabil artımı zamanı devalivasiya riskinin ola biləcəyini deyib.
"Devalivasiya o zaman baş verə bilər ki, bankların Mərkəzi Bankdan tələb etdikləri dolların məbləği artan tendensiya ilə davam etsin. Bu tendensiya isə dəyişkən formada davam edir. Hər bir halda Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir. Hazırda devalivasiya təhlükəsiz yoxdur. Məsələn, növbəti hərracda bankların tələb etdikləri dolların həcmi indikindən çox daha az məbləğdə ola bilər. Ən azı 3-4 ay dollar tələbində yüksəlmə olsun ki, bu hansısa devalivasiya və dollar qıtlığından xəbər versin".

Sosial       Tarix: 14 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son.xeber kriminal en son xeberler