Baqdasaryan: Biz 30 il Qarabağı zəhərlədik və qarət etdik!

Baqdasaryan: Biz 30 il Qarabağı zəhərlədik və qarət etdik!Məşhur erməni bloger öz millətinin heç vaxt eşitmək, qəbul etmək istəmədiyi dəhşətli faktları açıqlayıb.
Erməni bloger Roman Baqdasaryan öz birbaşa efiri zamanı Qarabağla bağlı bütün həqiqətləri xəritələrlə izləyicilərinə çatdırıb, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə bağlı maraqlı faktları açıqlayıb və 30 ildən artıq zaman ərzində yalnız saxtakarlıqla və aldanma ilə məşğul olanların adlarını çəkib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bloger öz efirindəki çıxışında 1988-ci ilə qədər Qarabağ ərazisində yaşayan ermənilərin dəqiq sayını açıqlayaraq, maraqlı bir məqama diqqət yetirib.
"Həmin dövrdə orada 150 mindən çox erməni yaşayırdı. Qarabağdakı bu ermənilərin təhtəlşüur səviyyəsində beyinlərinə yeridildi ki, guya onların hüquqlarını Azərbaycan qorumur və Bakı guya Qarabağın inkişafına mane olur. Guya Bakı orada yaşayan ermənilərin sayını azaltmağa çalışıb. Əsas ideya isə Azərbaycanın tərkibindən çıxmaq idi. Bu baş verdi, amma...
Çoxları bilmir ki, o illərin rəsmi məlumatlarına görə, Köçəryan və Sərkisyanın hakimiyyəti dövründə (Qarabağa nəzarət Ermənistanda olduğu dönəm – red.) "artsaxlı-erməni"lərin sayı 150 mindən 80 minə qədər azalmışdır. Təsəvvür edin, oradakı insanlar, hansılar ki, bir ağızdan deyirdilər ki, guya Azərbaycan onlara inkişaf etməyə, normal yaşamağa imkan vermir, həmin ərazilərə nəzarət İrəvana keçəndən sonra Qarabağdan başlarını götürüb qaçdılar. Bu ermənilər Qarabağdan Rusiyaya qaçdılar. Bir sözlə, Köçəryan və Sərkisyan həmin illərdə öz xalqının "ağ soyqırım" aktını həyata keçirdi.
Qarabağ Ermənistanın nəzarətinə keçəndən sonra baş verən cinayətlərlərdən danışaq. Qarabağın bütün təbii ehtiyatları İrəvan tərəfindən oğurlanaraq xaricə satıldı. Biz Qarabağda hər şeyi məhv etməyə çalışırdıq. Həmin dövrdə Martakertdən (Ağdərə – red.) İrəvana, daha dəqiq desək, cəllad və oğruların ciblərinə böyük qızıl ehtiyatlarından gələn gəlirin axmasına dair onlarla sübutlar var. Bu pullardan bir qəpik də Ermənistanın büdcəsinə keçirilməyib. Eyni sözləri Qarabağın ağacları haqqında da demək olar. Bütün meşələr məhv edilirdi, pullar isə yenə Köçəryan və Sərkisyan ciblərinə gedirdi", - deyə erməni bloger qeyd edib.
Bağdasaryan deyir ki, ermənilər hər yerdə belə deməyə öyrəşiblər: guya 1988-ci ilə qədər Qarabağ erməniləri üçün Azərbaycanın tərkibində yaşamaq çox çətin idi:
"Amma əslində Qarabağ məhz Ermənistanın nəzarətinə keçdikdən sonra boğulmağa başladı. Bundan başqa, Ermənistan tərəfi o dövrdə bütün Qarabağ üzrə su elektrik stansiyaları tikməyə başladı. Bu su elektrik stansiyalarından çıxan çirkab tullantıların hamısı oradakı çaylara axıdıldı. Biz sadəcə olaraq Qarabağı zəhərləməklə məşğul idik. Yeri gəlmişkən, bütün bu su elektrik stansiyaları Daşnaksütyun Partiyasının üzvlərinə məxsus idi.
Biz bunu bilməliyik və hər şeyi Paşinyanın üstünə yıxmaqdansa, bir az bu faktlar barəsində danışmalıyıq".

Dünya       Tarix: 31 may 2021
f Paylaş

Oxşar xəbərlər

Çin imkansızı bacardı

Üçüncü Dünya müharibəsinə səbəb olacağı ehtimal edilən ABŞ, Rusiya və Çin arasında silahlanma yarışının sürətlənməsi gərginliyi artırır. Ağ Ev Pekinin son aylarda Pentaqonu şoka salan hərbi sınaqlarından sonra hərəkətə keçdi

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı


yeni xeberler azerbaycan xeberleri son xeberler gunun xeberleri maliyye xeberler bugun xeberler bu qun maşın realiti şou