Baramamızın içinə düşən "qurd"- istehsal niyə azalıb?

Baramamızın içinə düşən Əhali barama yetişdirməkdə maraqlıdır, lakin…
Azərbaycanda barama istehsalı kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənən istehsal istiqamətlərindən biridir. Bu sahənin dirçəldilməsinə 2016-cı ildən başlanılıb. Vaxtilə ölkədə barama istehsalı min tonlarla ölçülən həcmdə olub. Lakin müstəqillik dövründə istehsal minimum səviyyəyə qədər azalıb.  2014-cü ildə dünya bazarında neftin qiyməti kəskin düşdükdən sonra Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatına diqqət artırılıb. Bu sektorda dövlət dəstəyinin gücləndirildiyi sahələrdən biri ipəkçilik olub. 2016-cı ildən başlayaraq ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
KONKRET.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" təsdiqlənib. Sənəddə qeyd olunurdu ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda baramaçılıq və ipəkçilik ənənələrinin inkişaf etdirilməsinə, ipək məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradacaq. Eyni zamanda görülən tədbirlər ölkədə toxuculuq sənayesinin inkişafına, ipəkçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşmasına, yeni texnologiya və biliklərin tətbiqinə, ipək məhsulları ixracının genişlənməsinə və ipəkçiliklə bağlı digər sahələrin inkişafına təsir göstərməklə, bütövlükdə ölkənin ümumi iqtisadi potensialının güclənməsinə mühüm töhfə verəcək. Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulurdu.
Proqramın icrası üçün qəbul olunan tədbirlər planında yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadr hazırlığının təşkili, qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması, baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və yeni tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi, tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin,o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılmasının dəstəklənməsi, mövcud və yeni salınmış tut (çəkil) bağlarının su təminatının yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu.
2020-ci ildə ilk dəfə Qax Damazlıq İpəkçilik Stansiyasında 5 min qutu ipəkqurdu toxumu (146 kq) istehsal olunub. 2021-ci ildən yerli istehsal olan ipəkqurdu toxumlarının  istehsalının artırılması nəzərdə tutulurdu. Ötən il ipəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, ilk dəfə olaraq Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib.
Rəsmi məlumatlardan aydın olur ki, 2016-cı ildə baramaçılığın yem bazasının bərpa olunması üçün Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi gətirilib, əvəzi ödənilmədən 38 rayonda barama istehsalı ilə məşğul  olan kümçülərə paylanılıb. Bu tinglər əsasında 350 hektara yaxın sahədə yeni tut bağları salınıb. Həyata keçirilən tədbirlər nəticəsində 2007-ci ildən bəri ilk dəfə olaraq 2016-cı ildə Azərbaycanda 70,7 ton, 2017-ci ildə 245 ton, 2018-ci ildə 514 ton, 2019-cu ildə 641 ton yaş barama məhsulu istehsal edilib. Lakin 2020-ci ildə koronavirus pandemiyasının yaratdığı fəaliyyət məhdudiyyətləri üzündən barama istehsalında azalma qeydə alınıb. Həmin il ölkədə 446,6 ton barama (azalma 30,6 faiz) istehsal edilib. 2021-ci ildə isə barama istehsalı 11,4 faiz artaraq 497,4 ton təşkil edib.
Cari il üzrə açıqlanan rəsmi məlumatdan aydın olur ki, bu il də barama istehsalında azalma var. Belə ki, rəsmi məlumata əsasən, iyunun 20-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 319 ton 366 kiloqram yaş barama təhvil verilib. Ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 58 ton 38 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (32 ton 336 kq), Balakən (31 ton 134 kq), Zaqatala (20 ton 611 kq), Bərdə (18 ton 725 kq) və Şəki (18 ton 353 kq) rayonları öndə gedir. İyunun 19-da respublika üzrə tədarük məntəqələrinə 2 ton 966 kiloqram yaş barama təhvil verilib.
Təqdim edilən statistik məlumatlara diqqət yetirdikdə görürük ki, bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə barama istehsalı xeyli azalıb. Belə ki, keçən il iyun ayının 14-dək ölkənin barama tədarükü məntəqələrinə 428,29 ton yaş barama təhvil verildiyi halda bu il iyunun 20-dək cəmi 319 ton 366 kiloqram barama təhvil verilib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 25,4 faiz azdır.
Baramamızın içinə düşən Yuxarıda da qeyd etdik ki, barama istehsalçıları dövlət tərəfindən dəstəklənir, onları dövlət subsidiyalaşdırır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azəripək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
İpək qurdunu dövlətdən pulsuz alan kəndli 40 gündən sonra təhvil verdiyi 1 ton baramadan 11 min manat gəlir əldə edə bilir. Bu, kifayət qədər yüksək gəlirlilik deməkdir. Belə olan halda, barama istehsalı niyə azalır? Əhali maraq göstərmir, yoxsa başqa səbəblər var? Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, barama istehsalındakı azalma kümçülərə paylanan ipək qurdunun az olması ilə bağlıdır. Belə ki, 2019-cu ildə barama yetişdirmək istəyənlərə 20 min qutu, 2021-ci ildə 14700 qutu, bu il isə cəmi 11 130 qutu barama qurdu verilib.
Azərbaycana ipək qurdu toxumu Çindən gətirilirdi. Lakin 2020-ci ildən yerli toxumun istehsalına da başlanıb. Belə görünür ki, yerli toxumçuluq müəssisələri ipək qurdu istehsalını barama istehsalını artırmağa imkan verəcək səviyyəyə çatdıra bilmirlər. Xaricdən idxal isə hansısa səbəbdən dayandırılıb.
Qeyd edək ki, çox qədim tarixə malik olmasına baxmayaraq, dünya tekstil sənayesində həcminə görə ipəkçiliyin payı çox cüzidir – 0,2 faizə güclə çatır. Lakin bu sahə bahalılığına görə öndə gedir. Bu baxımdan, ipəkçilik ən gəlirli sahələrdən biri kimi bir çox ölkələrdə inkişaf etdirilir. Ənənəvi ipəkçilər olan Çin, Hindistan, Özbəkistan, Braziliya və Yaponiyadan əlavə onlarla ölkə ipəkqurduna diqqət yetirir. Dünya nəhəngi sayılan Çində  ildə təxminən 146-150 min ton, Hindistanda isə 28,7 min ton ipək istehsal edilir. Barama və xam ipək istehsalı, həmçinin Cənubi Koreyanın, Tailandın, Vyetnamın, Şimali Koreyanın, İranın, Türkiyənin və digər ölkələrin də iqtisadiyyatında özünəməxsus yer tutur. Bütövlükdə, ipəkçilik dünyanın 60-dan çox ölkəsində yayılıb. Böyük ipək istehlakçıları sırasında isə ABŞ, İtaliya, Fransa, Böyük Britaniya, İsveçrə, Almaniya və digər ölkələr var.
Azərbaycan xaricə barama və ipək parça ixracını 2021-ci ildən artırmağa başlayıb. Həmin il Azərbaycan 1 milyon 299,35 min dollar dəyərində 138,14 ton açılmaya yararlı barama qurdunun baraması, 1 milyon 633,58 min dollarlıq 44,27 ton eşilməmiş xam ipək, 1 milyon 92,33 min dollarlıq 57,07 ton İpək tullantıları (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal daxil olmaqla), 187,81 min dollar dəyərində 75 min 123,8 kv.metr daraqağzı ipək parça ixrac edib. Əvvəlki illərdə bu ixrac üst-üstə 1 milyon dollara çatmayıb. 2022-ci ilin 4 ayında isə 542,4 min dollarlıq 13,55 ton eşilməmiş xam ipək, 68,03 min dollarlıq 15,88 ton İpək tullantıları (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal daxil olmaqla) ixrac olunub.
Baramamızın içinə düşən "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, hazırda dünya bazarında Azərbaycan ipəyinə tələbat var. Qeyd olunub ki, hazırda Azərbaycanda istehsal olunan xam ipəyin maya dəyəri dünya bazarındakı qiymətə uyğundur. Lakin 2020-2021-ci illərdə dünya bazarında xam ipəyin alışında azalma olub, eyni zamanda, alıcı sayı da azalıb.
"Azəripək"in ötən il ən çox istehsal etdiyi məhsul xam ipək olub. Keçən il müəssisə 1 milyon 748 540 manat dəyərində 24.8 ton xam ipək istehsal edib: "Xam ipəyin istehsalının artırılması üçün müəssisədə baramadan xam ipək açan istehsal avadanlıqları quraşdırılmalıdır. Hazırda istehsal olunan malların tam hazır məhsula qədər işlənməsi üçün yeni avadanlıqların alınaraq quraşdırılması istiqamətində işlərin görülməsi nəzərdə tutulur".
Məlumata görə, bu il ilin yanvar-mart ayları ərzində "Azəripək" dəyəri 493 211 manat olan 7.3 ton xam ipək istehsal edib. Bu il eyni zamanda dəyəri 208 293 manat olan 4.4 ton vata, dəyəri 15 480 manat olan 701 ədəd güllü kələğayı, dəyəri 8 341 manat olan 582 ədəd güllü çitmə istehsal edilib. Bununla yanaşı, dəyəri 8 948 manat olan 566 ədəd güllü şərf, dəyəri 1 493 manat olan 0.72 kvadratmetr xalça, dəyəri 37 654 manat olan 612 kq əriş sapı, dəyəri 9 119 manat olan 114 kq utok istehsal olunub.
"Azəripək"dən o da bildirilib ki, son aylarda ölkələr arasında müşahidə edilən logistik problemlər qurumun ixrac və istehsal prosesinə hər hansı təsir göstərməyib.

Sosial       Tarix: 29 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsus

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər

Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qloba

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər az xeber.az bu gun idman xeberleri havanın temperaturu