Barbadosda Respublika rejimi elan edildi
Barbadosda Respublika rejimi elan edilib.
Publika.az xəbər verir ki, Karib dənizində yerləşən və ada ölkəsi olan Barbados Kraliça II Elizabet tərəfindən idarə olunurdu. Lakin ada Kraliçanın səlahiyyətini tanımağı dayandırdığını açıqlayıb.
1966-cı ildə müstəqilliyini elan edən Barbados yenə də Birləşmiş Krallığın üzvü olaraq qalıb və buna görə Kraliça II Elizabeti rəsmi dövlət başçısı olaraq tanıyır.
Ölkənin Baş naziri Mia Mottli bildirib ki, Barbados müstəmləkəçilik keçmişinə son qoymaq ərəfəsindədir və ölkə seçiləcək prezident tərəfindən idarə olunacaq.
Krallığın müstəmləkə qubernatoru, Barbadosun general-qubernatoru Dam Sandra Mason prezidentliyə namizədliyini irəli sürüb. Parlament onun namizədliyini təsdiqləsə, Mason 1966-cı ildə ölkənin Britaniyadan müstəqilliyini elan etdiyi günün ildönümü olan 30 noyabr tarixində ölkənin ilk prezidenti olacaq.
Bununla da Kraliça Elizabetin idarə etdiyi ölkələrin sayı 15-ə enəcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür