Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLAR

Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLARMəşhur britaniyalı siyasətçi,  "Commonwealth" (Millətlər Birliyi) təşkilatının baş katibi Baroness Patrisia Skotland "Tahir Gözel İnkişafa Təşəbbüs" təşkilatının dəvəti ilə Azərbaycanı ziyarət edib. 
azxeber.com xəbər verir ki, keçmiş Böyük Britaniya İmperiyasının ərazisinə daxil olmuş 56 ölkənin təmsil olunduğu təşkilata rəhbərlik edən xanım diplomat Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq, akademik Zərif Əliyevanın məzarını ziyarət edib. 
Fəxrin Xiyaban ziyarəti çərçivəsində   Baroness Patrisia Skotlanda ölkəmizin tarixində iz buraxmış müxtəlif mütəfəkkirlər barədə də məlumat verilib.
Daha sonra media nümayəndələri ilə görüş keçirilib.
Konfransda sosial əhəmiyyətli bir sıra məsələlər müzakirə edilib. 
Jurnalistlərin suallarını cavablayan qonaq bu ilin ən aktual məsələsi olan COP 29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və digər qlobal layihələrdə olduğu kimi Azərbaycanın bu mötəbər tədbirin də öhdəsindən yüksək səviyyədə gələcəyindən əminliyini ifadə edib.
 "Commonwealth" (Millətlər Birliyi) təşkilatının iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində mühüm işlər gördüyünü bildirən Baroness bütün dünyanın bu məsələyə həssas yanaşmalı olduğunu söyləyib. 
O, qlobal istiləşmə nəticəsində yaranacaq risklərin təhlükəsi barədə danışaraq, okeanlarda yerləşən kiçik ada dövlətlərin faciə ilə rastlaşa biləcəyini qeyd edib.
Patrisia Skotland Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində atdığı addımları diqqətlə izlədiyini, ölkəmizin günəş, külək enerjisi kimi bərpaolunan enerji mənbələrinin araşdırılması və tətbiqibin çox doğru qərar olduğunu bildirib. 
Baroness süni intellektin və digər texnologiyaların bu qədər inkişaf etdiyi dövrdə yeni fürsətlərin yarandığını söyləyib və bütün dünyanı koronavirusla mübarizədə olduğu kimi birləşməli olduğunu qeyd edib. 
Sonda Azərbaycanda olduğundan məmnunluğunu ifadə edən qonaq təmsil etdiyi təşkilatın bütün dünyaya sülh və dostluq arzuladığını, iqlim böhranının da öhdəsindən gəlinəcəyinə inandığını bildirib.
Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLARBaroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLARBaroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLARBaroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLARBaroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLARBaroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLARBaroness Patrisia Skotland Azərbaycanı ziyarət edib - FOTOLAR

Sosial       Tarix: 12 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər meherremlik 2026 cəbhədən görüntülər en yeni xeberler