"Barselona" səfərdə "Benfika"ya məğlub oldu
Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub.
Publika.az xəbər verir ki, gecənin ən maraq doğuran görüşü İtaliyada keçirilib. "Yuventus" öz meydanında turnirin son çempionu "Çelsi" komandasını qəbul edib. Görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyin həll edən qol matçın ikinci hissəsində (46-cı dəqiqə) vurulub. Federik Kiyeza Federiko Bernardeskinin ötürməsini qola çevirib.
Günün sensasiyası Portuqaliyada qeydə alınıb. "Benfika" gözlənilmədən "Barselona"nı üç cavabsız qolla məğlubiyyətə uğradıb. Qeyd edək ki, Kataloniya təmsilçisi birinci turda eyni hesabla "Bavariya"ya məğlub olmuşdu.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
E qrupu
"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0;
"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0.
Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4,
"Dinamo" - 1, "Barselona" - 0.
F qrupu
"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0;
"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1.
Xal durumu: "Atalanta" - 4,"Mançester Yunayted" - 4, "Yanq Boyz" - 3, "Vilyarreal" - 1.
G qrupu
"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1.
"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1.
Xal durumu: "Zaltsburq" - 4, "Volfsburq" - 2,
"Sevilya" - 2, "Lill" - 1.
H qrupu
"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0;
"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0.
Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0
Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gün oynanılıb.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var