Baş katibin köməkçisi Ermənistanın vandallığından danışdı
Baş katibin köməkçisi Ermənistanın vandallığından danışdı
"Münaqişə başa çatsa da, davamlı sülhün yaradılması və bərpa prosesi kifayət qədər vaxt aparan məsələdir. Münaqişədən zərərçəkən çoxlu sayda insan var."
"Report" xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyətinin keçirdiyi mətbuat konfransında təşkilatın Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo deyib.
"Biz istəyirik ki, onların həyatları bundan sonra öz axarına qayıtsın. Bərpa prosesləri öz-özlüyündə kifayət qədər çətin prosesdir. İƏT-in üzvləri bərpa prosesində Azərbaycan xalqına və dövlətinə öz dəstəyini davam etdirəcək. Biz üzvləri bu məsələdə öz dəstəyini nümayiş etdirməyə çağırırıq", - deyə o bildirib.
O, təşkilatın Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar 2016-cı ildə təmas qrupu yaratdığını da xatırladıb.
"Həmin dövrdən bu günədək biz ilk dəfə azad olunmuş ərazilərə səfər etmək imkanı qazandıq. Öz gözlərimizlə həmin ərazilərdə törədilən vandallıqları gördük. Bütün kəndlərin yer üzündən silinməsi hallarının şahidi olduq. Bu, çox məyusedici və kədərli mənzərədir".
O bildirib ki, məscidlərdə donuzların, inəklərin saxlanılmasının izlərini görüblər:
"Məzarlıqların dağıdılmasının şahidi olduq. Bu, onu göstərir ki, işğalçılar təkcə canlılara deyil, həm də ölülərə qarşı vandallıq edib". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi