Baş nazir: "Hökumət qiymət artımının qarşısını almaq üçün zəruri tədbirlər görür"
Hökumət qiymət artımının qarşısını almaq üçün zəruri tədbirlər görür.
KONKRET.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
"Qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür və görüləcək", – Ə.Əsədov əlavə edib.
O bildirib ki, əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması istiqamətində ciddi işlər aparılır, o cümlədən əsas məhsullar üzrə ciddi ixrac məhdudiyyətləri tətbiq edilib, 90 günlük mal ehtiyatları yaradılıb: "Başlıca məqsədimiz əhalimizi əsas ərzaq məhsulları ilə təmin etməkdir".
"Növbəti ildə də ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur (625,2 mln. manat). Azərbaycan Respublikası Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat).
Ümumiyyətlə dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq, ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem olmayıb və yoxdur", – Baş nazir vurğulayıb.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var