Basarkeçərdə 15 erməni əsgərin ölümündə təqsirləndirilən zabit AZADLIĞA ÇIXDI
Qərbi Azərbaycanın Basarkeçər rayonunun Ağkilsə (ermənilər adını Azat qoyub-red) kəndində 15 hərbçinin ölümü ilə bağlı cinayət işi çərçivəsində komandirin maddi-texniki təchizat və kommunal xidmət üzrə müavini Qor Agekyanın barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə tərəfindən dəyişdirilib.
Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə vəkil Qurgen Nersisyan öz Facebook səhifəsində yazıb.
"2024-cü il avqustun 23-də məhkəmə Qor Agekyana qarşı seçilmiş həbs-qətimkan tədbirinin alternativ həbs-qətimkan tədbiri ilə əvəz edilməsinə qərar verib və onu birbaşa məhkəmə zalından azad edib.
Bu iş üzrə müdafiə tərəfi kifayət qədər sübuta malikdir və əmindir ki, məhkəmə prosesi zamanı Qor Agekyanın təqsirsizliyi, nəhayət, sübuta yetiriləcək.
2023-cü il yanvarın 19-da Ermənistan Respublikasını şoka salan bu iş üzrə məhkəmə prosesi ictimaiyyətin nəzarəti altında keçirilir", – Nersisyan qeyd edib.
Xatırladaq ki, 2023-cü il yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N hərbi hissəsinin Basarkeçər (Geqarkunik) rayonunun Ağkilsə (Azat) kəndində yerləşən sığınacağında yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi həlak olub.
2023-cü il yanvarın 25-də prokuror komandirin maddi-texniki təchizat və kommunal xidmət üzrə müavini Qor Agekyana qarşı ictimai cinayət təqibinin başlanmasına qərar verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi