Başqasını dələduzluqda suçlayan AMİP funksionerini peşman etdilər - FOTOFAKT
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Aminə Vəliyeva FB sosial şəbəkə hesabindakı paylaşımına görə kəskin tənqidlərə tuş gəlib.
KONKRET.az xəbər verir ki, A.Vəliyeva Şəmsiyyə Rzayeva adlı bir qadının ondan işə düzəltmək adıyla 10000 (on min) manat məbləğində pul alaraq qaçıb gizləndiyini bildirib. O, adıçəkilən qadını "maşennik" adlandıraraq hər kəsi ehtiyatlı olmağa çağırıb.
Maraqlıdır ki, xanım Vəliyevanın bu paylaşımına sosial şəbəkə istifadəçiləri fərqli münasibət sərgiləyiblər. Əksəriyyət məsələnin mahiyyətindən çox, AMİP funksionerinin statusundakı ciddi qrammatik səhvlərə diqqət yönəldib. "AMİP-in Qadınlar Şurasının sədri öz fikrini doğru-dürüst çatdıra bilmir", "Belə bisavad adamı işə havayı da düzəltmək günahdır" kimi fikirlər səsləndirən izləyicilər partiya yetkilisini tənqid atəşinə tutublar.
A.Vəliyeva bundan sonra dələduz adlandırdığı Şəmsiyyə Rzayeva ilə bağlı xəbərdarlığını səhifəsindən silmək məcburiyyətində qalıb.


Rəsmiyyə Şərifova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir