Bayden onu niyə Moskvaya göndərdi? - Bernsin Rusiya səfərinin PƏRDƏARXASI

Bayden onu niyə Moskvaya göndərdi? - Bernsin Rusiya səfərinin PƏRDƏARXASIABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin bir neçə gün əvvəl Moskvaya etdiyi səfərin məqsədi açıqlanıb.
CNN kanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən Uilyam Bernsin Ukrayna ətrafındakı situasiyaya görə Moskvaya göndərildiyini xəbər verib.
MKİ direktoru noyabrın 2-də və 3-də Moskvada əvvəlcədən anons edilməyən səfərdə olub, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə və Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkinlə danışıqlar aparıb. Səfərlə bağlı rəsmi açıqlama verilməyib.
Bayden onu niyə Moskvaya göndərdi? - Bernsin Rusiya səfərinin PƏRDƏARXASICNN bildirir ki, Uilyam Berns Rusiyanı Ukraynaya qarşı "aqressiv hərəkətlərin yolverilməzliyi" haqda xəbərdar etmək, habelə Rusiya tərəfinin niyyətini öyrənmək üçün səfər etmişdi.
"Prezident Bayden Bernsi Moskvaya göndərib ki, Kremlə xəbərdarlıq etsin", - telekanal bildirir.
KİV-lər xəbər verir ki, Moskvaya səfərdən sonra MKİ direktoru Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Danışıqların məqsədi Moskva ilə Kiyev arasında son günlər yaranmış gərginliyi yumşaltmaq olub.
Bayden onu niyə Moskvaya göndərdi? - Bernsin Rusiya səfərinin PƏRDƏARXASIXatırladaq ki, bu günlərdə Donbass ətrafında situasiyanın gərginləşməsi, eskalasiyanın artması fonunda Rusiya Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirirdi. ABŞ və Avropa rəsmiləri bu barədə narahatlıq ifadə ediblər, habelə kommersiya peykindən çəkilmiş görüntülər Ukrayna ilə sərhəddə minlərlə hərbi texnikanın cəmləşdirildiyini təsdiq edib. Sosial şəbəkələrdə isə Rusiya hərbi kalonlarının Ukrayna sərhədlərinə tərəf hərəkətini əks etdirən videokadrlar yayılıb. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 06 noyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari cəbhədən xəbərlər son xabarlar xeber.az