Bayden Ukraynaya 100 F-15 satmalıdır, Moskvaya əzab vermək üçün... - Amerikalı analitik

Bayden Ukraynaya 100 F-15 satmalıdır, Moskvaya əzab vermək üçün... - Amerikalı analitikVaşinqtonda demokratlara yaxınlığı ilə bilinən "Atlantic Council" nüfuzlu analitik mərkəzinin xarici siyasət araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Stefan Blank Bayden administrasiyasını Ukraynaya 100 ədəd F-15 ağır qırıcı-bombardmançı təyyarəsi satmağı təklif edib.
Bu təklif Donbassda yeni müharibə və Rusiya ilə Ukrayna arasında Qərbin də cəlb oluna biləcəyi irimiqyaslı toqquşma riskinin artmaqda olduğu bir vaxtda səslənir.
Stefan Blank təklif edir ki, ABŞ Ukraynaya son modifikasiyadan olan 100 F-15 ağır qırıcı-bombardmançısı, 6-8 ədəd E-2C-2000 kəşfiyyat təyyarəsi və 8-12 ədəd havada yanacaqdolduran KS-135R təyyarəsi satmalıdır. Analitik bu haqda "Atlantic Council"in saytında dərc edilmiş məqaləsində bildirir.
Bayden Ukraynaya 100 F-15 satmalıdır, Moskvaya əzab vermək üçün... - Amerikalı analitik"Ukrayna Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi zərurəti Bayden administrasiyasına Moskvaya həm real strateji mənada, həm uzunmüddətli təbliğat müharibəsində real əzab vermək imkanı yaradır",-analitik qeyd edir.
Blank bildirir ki, ABŞ-ın 2014-cü ildən bəri Ukraynaya göstərdiyi hərbi yardımlar faydalı olub, amma əsasən simvolik əhəmiyyət daşıyıb. Ukrayna Hərbi Hava Qüvvələrinə kömək isə minimal olub, bura heyət üzvləri üçün şlemlər və uçuş-enmə zolağının təmiri üçün komplektlər daxildir. Hansı ki, bunları real hərbi yardım adlandırmaq olmaz.
Bayden Ukraynaya 100 F-15 satmalıdır, Moskvaya əzab vermək üçün... - Amerikalı analitik"ABŞ tərəfindən maliyyələşdirilən yardım paketi və ya "lend-liz" ("istifadə elə-qaytar") proqramı çərçivəsində 100 və daha çox F-15 qırıcı-bombardmançısı, 6-8 ədəd E-2C-2000 Hawkeyes kəşfiyyat təyyarəsi, 8-12 ədəd KS-135R hava tankeri, habelə Link-16 verilənlərin ötürülməsi terminalları, ağıllı döyüş sursatları, qanadlı raketlər və kəşfiyyat avadanlıqlarımın Ukraynaya verilməsi Moskvaya birmənalı siqnal göndərərdi. Və onun gələcəkdə istənilən müdaxilə planının qarşısını almağa imkan verərdi",-Stefan Blank yazır.
Onun fikrincə, Ukraynaya habelə hava hücumundan müdafiə sistemlərinin verilməsi üçün potensial imkanlar da var. Ekspert hesab edir ki, həmin konservə edilmiş F-15 C/D təyyarələrini saxlancdan çıxarmaq və modernizasiya edərək Ukraynaya göndərmək olar. Alternativ qismində isə ABŞ Ukraynaya daha müasir versiyalar olan F-15QA və ya F-15EX təyyarələrini göndərə bilər.
"Ukrayna HHQ-nin möhkəmləndirilməsi Bayden administrasiyası üçün ABŞ-ın Rusiyanın Şərqi Avropadakı hərəkətləri ilə barışmayacağını göstərmək üçün güclü imkan olacaq",-müəllif yazır. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 07 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbər cəbhədən son vəziyyət son xeberler bugun sonxeberler