Baydendən Ərdoğana Ermənistan vədi... – SENSASİON İDDİA
"Ermənistan ABŞ Prezidenti Co Baydenin "erməni soyqırımı"nı tanınmasını alqışladı. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın buna yumşaq reaksiyası bizi təəccübləndirdi".
Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni türkoloq Tiqran Lokmaqezyan deyib.
O, Ankaranın Baydenin açıqlamasından sonrakı reaksiyasının Ermənistanda müzakirə mövzusuna çevrildiyini bildirib.
"Türkiyədən və xüsusən də Ərdoğandan belə bir yumşaq reaksiya gözlənilməz oldu. Üstəlik, Ankarada anti-Amerika isterikası müşahidə olunmur", - ekspert qeyd edib.
Türkoloq Bayden və Ərdoğan arasında tanınma ərəfəsində baş tutan telefon danışığının təsadüfi olmadığını söyləyib: "Şübhəsiz ki, Vaşinqton bunun müqabilində Ankaraya nələrisə təklif edib. Bu, Ermənistan və Suriya ilə bağlı ola bilər. Böyük ehtimalla vəd edilən çox şey var".
Lokmaqezyan hesab edir, gözlənilən sürprizlərə qarşı fəaliyyət planı hazırlanmalıdır.
Digər erməni siyasi ekspert Naira Oxikyana görə də, Ermənistan Baydenin açıqlamasından çox da sevinməməli və arxayın olmamalıdır:
"Bu, ermənilərə təzminatın ödənilməsi və torpaqların verilməsi demək deyil. Bu kontekstdə Amerika administrasiyası rəhbərinin bəyanatına diqqətlə baxmaq lazımdır. Bayden öz açıqlamasında kimisə günahlandırmadı, bildirdi ki, bunu belə faciələrin bir daha təkrarlanmaması üçün deyir. Belə çıxır ki, Amerika lideri ermənilərin qətlə yetirilməsindən təəssüflənir, amma baş verənlərdə Türkiyəni günahlandırmır. Bu, o deməkdir ki, buna görə Ankaraya cavab verməyi düşünmürlər".
Oxikyan əmindir ki, Vaşinqton Ermənistan və ermənilərə görə Ankara ilə iqtisadi əlaqələrini qurban verməyə hazır deyil: "ABŞ və Türkiyə arasındakı ticarət dövriyyəsi dünyada ən yüksək ticarət dövriyyələrindən biridir - 26 milyard dollar. Bu baxımdan, ABŞ-ın da heç bir qanuni addım atmayacağını deyə bilərəm. Əslində ABŞ 106 il əvvəlki hadisələri tanıyır, ancaq Ankaraya qarşı bütün ittihamları rədd edir". /publika.az

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu