Bayılda sakini növbəti dəfə qaşıq udub

Bayılda sakini növbəti dəfə qaşıq udubBakının Səbail rayonunda şəhər sakini növbəti dəfə qaşıq udub.
Open.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 10-da 19 nömrəli təcili tibbi yardım stansiyasının həkimlərinə Bayıl qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elmar Məmmədov kömək üçün müraciət edib.
Kişi iki ədəd metal çay qaşığı udub.
Məlum olub ki, E.Məmmədov tibbi yardımdan sonra evə buraxılıb. Polisdən verilən məlumata görə, həmin şəxsin psixi problemləri olub.
E.Məmmədov bu ilin sentyabrında analoji addım atıb. Belə ki, həmin şəxsin anası sentyabrın 3-də 8-ci Polis Bölməsinə müraciət edib.
O, övladı - 1983-cü il təvəllüdlü Məmmədov Elmar Etibar oğlunun çay qaşığı udduğunu bildirib. Ananın sözlərinə görə, bu yolla oğlu nümayişkaranə şəkildə intihar etməyə çalışıb.
Bundan əlavə, E.Məmmədov üzərinə benzin tökərək, özünü yandırmaq istəyib, lakin anası buna imkan verməyib. O, 2 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, əvvəllər qanunsuz narkotik satışına görə məhkum olunmuş E.Məmmədov anası ilə dalaşaraq mülk tələb edib. İstədiyinə nail olmadıqda isə intihara cəhd etməklə anasına təsir göstərməyə çalışıb.
Onun yaşadığı evi də yandırmaq istədiyi qeyd olunur.
Xatırladaq ki, bu, ailə münaqişəsi zəminində qaşıq udmaqla bağlı ilk hadisə deyil. Bu ilin iyulunda Xətai rayonunda qayınanası ilə münaqişə zamanı qaşıq və mismar udan 1989-cu il təvəllüdlü Babayev Alamat Nazim oğlu xəstəxanaya yerləşdirilmişdi. (Oxu.az) /open.az

Hadisə       Tarix: 12 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c

"Instagram"da tanış olduğu yeniyetməyə qarşı əxlaqsızlıq edən şəxs həbs edildi

Şəki Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Davud Davudovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiy

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun son xəbərlər bugün 2026 son xeberler bugun 2026 canli cəbhədən son durum